Mətbuat 26.03.2020 19:00

Əflatun Amaşov: “Şantajçı qüvvələr iflasa məhkumdur”

“Koronavirus təhlükəsinin bəşəriyyəti təhdid etdiyi bu günlərdə qonşu Gürcüstandakı bəzi qüvvələr orada yaşayan soydaşlarımıza qarşı cəfəng fikirlər səsləndirirlər. Təbii ki, biz zaman-zaman belə təfriqəçi çağırışların şahidi olmuşuq. Ancaq nəzərə alınmalıdır ki, Gürcüstan rəsmiləri heç zaman bu cür mənfi meyllərə meydan verməyiblər”.

Rakus.az xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Facebook” səhifəsində yazıb.

O bildirib ki, bu gün rəsmi Tiflisin soydaşlarımızın kompakt məskunlaşdıqları bölgələrdə koronavirus əleyhinə həyata keçirdikləri tədbirlər onu göstərir ki, Gürcüstan hökuməti millətindən asılı olmayaraq, hər bir vətəndaşının sağlığını, sağlamlığını düşünür, onu qorumaq üçün ciddi cəhdlə çalışır.

“Azərbaycan və Gürcüstan xalqları qonşu və dost xalqlardır. Onların bir-birilərinə ehtiramlı münasibəti tarixin sınağından keçərək möhkəmlənib. Nəticə etibarilə indi Azərbaycan və Gürcüstan dövlətləri strateji müttəfiqdirlər, regiondakı bütün mühüm layihələrin təşəbbüskarları və əsas söz sahibidirlər. Bu əməkdaşlıq sarsılmazdır.

Bu durumda xalqlarımızın bir-birinə dəstək olması şərtdir. Əminəm ki, dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı dirənc mərhələsi də Azərbaycanın və Gürcüstanın həmrəyliyinin yeni nümunəsinə şahidlik edəcəkdir. Bunun üçün isə hər iki xalq təxribatçı qüvvələrə uymamalı, onlara meydan verməyərək birgə mübarizə əzmini ortaya qoymalıdır.

Azərbaycanın və Gürcüstanın dostluğuna xələl gətirmək istəyənlərin cəhdləri hər zaman uğursuz olub, yenə də uğursuzluğa məhkumdur. Yaşadığımız Cənubi Qafqaz bölgəsinin dünəni kimi, bu günü və gələcəyi də Azərbaycan və Gürcüstan xalqlarının dostluq, mehriban qonşuluq münasibətlərinə söykənmiş sıx əməkdaşlığına bağlıdır. Bu bariz reallığı təhdid edəcək, fəaliyyətini hansısa şantajçı niyyətə kökləmiş qüvvə uğursuzluğa və iflasa məhkumdur”, – Ə.Amaşov diqqətə çatdırıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO