Belə bir çətin zamanda bütün ölkə “COVID-19” təhlükəsinə qarşı mübarizədə birləşib.
Rakus.az xəbər verir ki, AZAL bu məqsədlə hər kəsi sosial məsuliyyəti dərk edərək, evdən çıxmamağa, yaxınları və ailələrinin, xüsusilə yaşlıların qayğısına qalmağa, onların yanında olmağa, əməl və sözlə dəstəkləməyə çağırır:
“Gücləndirilmiş rejimdə işləyən, həmvətənlərimizi təxliyyə edən “Azərbaycan Hava Yolları”nın kollektivi Azərbaycan həkimlərinə öz dərin təşəkkürünü bildirir. Bu gün onlar “ön cəbhədə” çalışır və bu təhlükə ilə ilk üzləşənlərdəndirlər.
Birlik göstərək! Yalnız hamımızın səylərini birləşdirərək bu təhlükəli xəstəliyə qalib gələ bilərik!”