Mədəni 30.03.2020 01:12

Mədəniyyət Nazirliyi yeni layihəyə start verdi

Hazırda ÜST tərəfindən COVID-19 xəstəliyinin pandemiya elan edilməsi, xəstəliyin dünya üzrə geniş̧ kütlə arasında yayılmasını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi rejimə keçilməsi ilə bağlı qərar qəbul edilib. Bu baxımdan digər sahələrdə olduğu kimi mədəniyyətin online təbliği, insanlara evdə boş̧ vaxtlarının səmərəli təşkili üçün Mədəniyyət Nazirliyi “Yaradıcılığı evdə öyrən – özünü̈ kəşf et və bacarıqlarınla tanın” adlı yeni layihəyə start verib.

Rakus.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, layihə insanlara yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaradacaq.

Bu məqsədlə Nazirliyin “YouTube” kanalından, “Facebook”, “Instagram” səhifələrində maksimum istifadə olunmaqla adıçəkilən layihə həyata keçirilməkdədir.

Artıq layihəyə müxtəlif yaradıcı şəxslər qoşulmuşdur. Belə ki, hər biri 30-45 saniyəlik #yaradıcılığıevdəöyrən layihəsinə qoşulmaqla bağlı çağırış̧ videoları, eyni zamanda, aşıq musiqisini və müxtəlif yaradıcı şəxslərin sahələri üzrə maarifləndirici, təlim videolarını artıq Mədəniyyət Nazirliyinin sosial şəbəkələrində görmək mümkündür.

Həmçinin layihə çərçivəsində televiziya kanallarından birində hər gün təlim xarakterli “Yaradıcılığı evdə öyrən” verilişinin təşkili nəzərdə tutulmuşdur. Daha geniş̧ tamaşaçı kütləsini məlumatlandırmaq üçün bu veriliş efirdə olduğu vaxt bütün sosial şəbəkələrdə canlı olaraq nümayiş ediləcəkdir.

Veriliş̧ sadə formatda – bir aparıcı və bir qonağın iştirakı ilə hər gün 30-45 dəqiqə təşkil edilməklə bərabər, müxtəlif növlər üzrə maarifləndirmə prosesinə həsr olunacaqdır. Verilişə dəvət olunacaq sahələrinin peşəkarları olan qonaqlar ilk günlərdə sahə üzrə ilkin bilik və bacarıqların təlimini aparacaq, növbəti günlərdə isə təlimin növbəti mərhələləri, master klaslar nümayiş olunacaq.

Veriliş çərçivəsində qısa rubrikanın təşkili və Azərbaycanın görkəmli mədəniyyət xadimləri barədə maraqlı faktlar təqdim edilməsi də nəzərdə tutulub.

Bu layihə həm də uşaq və yeniyetmələrin xüsusi marağına səbəb olacaqdır. Çünki hazırda bütün dərnək və kursların keçirilməsi dayandırılmışdır. Eyni zamanda, evdə vaxtlarının səmərəli keçməsi üçün valideynlər də övladları ilə birgə yeni bacarıqlar əldə edə və bu bacarıqlarını daha da təkmilləşdirə biləcəklər. Layihə zamanı bütün təhlükəsizlik, gigiyenik qaydalara riayət edilməsi, nazirliyin aidiyyəti şöbələri ilə koordinasiya şəraitində həyata keçirilməsi nəzərə alınmışdır. Təşkilati məsələlər texnoloji imkanlardan (telefon, internet və s.) istifadə olunmaqla həll edilir.

Layihə çərçivəsində bu təlimlərdən əldə etdikləri bacarıqları videoya çəkərək “#yaradıcılığıevdəöyrən” həştəqi ilə paylaşan və nazirliyin rəsmi “Facebook” səhifəsini qeyd (tag) edənlərin ən çox bəyənilən ilk üç videonun sahiblərinə nümayiş etdirdikləri bacarıqlarına uyğun olaraq qiymətli hədiyyələr təqdim ediləcək.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS