“Bu axşam COVID-19 simptomları ilə əlaqədar xəstəxanaya yerləşdirildim. Burada hər şey yaxşıdır, narahatlığa heç bir əsas yoxdur. Sizlərin duası ilə ayağa qalxacağam, inşallah!”
Rakus.az xəbər verir ki, musiqiçi sosial media səhifəsindən hər kəsə xəbərdarlıq edib:
“Dünəndən bəri telefonlara cavab vermirəm. Axtaran, soruşan hər kəs sağ olsun! Xahiş edirəm, diqqətli olun, başınızı evdən bayıra çıxarmayın! Heç vaxt “mənə heç nə olmaz” deməyin! Bu lənətə gəlmiş virus insanı tapır”.
İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs isə sosial media səhifəsindən psixoloji vəziyyətinin yaxşı olmadığını bildirib.