Mətbuat 30.03.2020 14:24

Əflatun Amaşov fədakarlıq göstərənlərə təşəkkür etdi

Koronavirus təhlükəsinin qaldığı və daha da artacağına dair ehtimalların mövcud olduğu hazırkı şəraitdə birliyimiz və həmrəyliyimiz şərtdir. Bunu sözdə deyil, əməldə göstərməliyik. Hər kəs öz çalışdığı sahənin bəşəriyyəti təhdid edən qlobal bəla ilə mübarizəyə töhfə verməsinə böyük səylə və fadakarlıqla çalışmalıdır.

Rakus.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov “Facebokk” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu gün fədakarlıq göstərən həkimlərimiz var. Polislərimiz və digər zəruri peşə sahiblərimiz də iş başındadırlar: “Hər birinə minnətdaram. Xüsusi minnətdarlığım isə fədakarların əməyini xalqa çatdıran fədakar jurnalistlərimizədir. Onlar hər yerdədirlər. Bu an elə bir vacib sahə yoxdur ki, həmin sahənin işinin cəmiyyətdə hiss olunub güvənlik yaranmasında jurnalistlərin əməyi özünü hiss etdirməsin.

Dünyanın bir çox bölgələrində koronavirus dövründə jurnalist fəaliyyətinin istiqamətləri ilə bağlı da müzakirələr gedir. Medianın insanlara ünvanlanmış çağırışlarındakı motivlər necə olmalıdır? Hansı psixoloji gedişlərindən istifadə edilməlidir? Jurnalistikanın virusdan qorunmaq naminə verdiyi mesajlar peşə standartlarına necə uyğunlaşdırılmalıdır? Əlbəttə, bu sayaq mövzulara birmənalı baxış yoxdur. Xüsusən də qəzetçilik məsələsinə formalaşmış münasibət istisnadır. Çünki qəzetin ərsəyə gəlməsi və cəmiyyətə çatdırılması yalnız jurnalist əməyinin nəticəsi deyil. Prosesə müxtəlif peşə sahibləri mükəlləfdirlər. Düşünürəm ki, irəlidəki günlərdə koronavirus pandemiyasının dinamikasından asılı olaraq, ölkəmizdə də məsələ ilə bağlı konkretləşmələr ola bilər”.

Şura sədri qeyd edib ki, Azərbaycanda media cəmiyyətin müxtəlif təbəqələrinin koronavirus təhlükəsinə qarşı səfərbərliyinin təmin edilməsində başlıca ictimai instrument kimi çıxış edir: “Azərbaycan Mətbuat Şurasının müşahidələri göstərir ki, bu baxımdan telekanalların və radioların fəaliyyəti özünü daha effektiv göstərməkdədir. Ancaq biz eyni zamanda müxtəlif internet informasiya resurslarının işini də yüksək qiymətləndiririk. Xüsusi vurğulanmalı məqam telekanalların fəaliyyətinin elektron media ilə vəhdət təşkil etməsindədir. Müşahidələrimiz bu vəhdətdə müvafiq dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın cəmiyyətə informasiya verilməsinə məsul strukturlarının da aktiv təmsilçiliyini göstərir. Bununla da şaiyələrin və müəyyən şəxslər tərəfindən yolverilmiş özfəaliyyət meyllərinin vətəndaşlar içərisində yayılmasının qarşısı yerindəcə alınır. Hesab edirik ki, bunun özü də indiyədək yüksək effektivliyi o qədər də nəzərə çarpmayan ciddi təcrübənin əldə edilmə göstəricisidir. Medianın müxtəlif quruluşlarının bir-birilə, xüsusən də sosial şəbəkələrdə yayılmış bilgilərin, fikir və mülahizələrin təhlilinə əsaslanmış qarşılıqlı əməkdaşlığı, bu əməkdaşlığın rəsmi orqanlarla sistemli şəkildə əlaqələndirilməsi son dərəcə vacibdir. Təqdirəlayiq haldır ki, tərəflər bunu tam məsuliyyətləri ilə dərk edirlər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə qeyri-şərtsiz əməl etməyimiz mütləqdir. Mediamız var gücü ilə nəinki bunu təbliğ edir, həm də mövcud sahədəki neqativ halları, məsuliyyətsizlik meyillərini göstərir.

Əlbəttə, dünyanı cənginə almış, yüksək insan tələfatı doğurmuş koronavirusla mübarizə hamımızdan məsuliyyətli olmağı tələb edir. Bu məsuliyyət dövlətimizi əldə silah səngərdə qorumaq qədər vacibdir. Bəli, bu gün dövləti qoruma səngərlərimiz həm də evlərimizdir. Bir-birimizi evdə qalaraq qorumalıyıq. Bir-birimizə olan qayğımızı, nəvazişimizi evdə qalaraq göstərməliyik. Xalqımız və dövlətimizin gələcək uğurlarını görmək üçün səngərlərimizdə qalmalıyıq. Nəzərə alınmalıdır ki, dövlətimizin ən böyük sərvəti vətəndaşlardır. Dövlətimiz vətəndaşlarını qorumaq üçün bütün vasitələrdən istifadə edir, bütün tədbirləri görür. Bu tədbirlərə dəstəyimiz ali vətəndaşlıq borcumuzdur”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO