Gündəm 31.03.2020 23:39

“Ermənilik virusu”nun törətdiyi 102 yaşlı soyqırımı – TƏHLİL - FOTO

Dünyanın başı daha çox koronavirus bəlasına qarışıb. Bu infeksiyaya yoluxanların sayı bir milyona yaxınlaşır. Bu günlər də tarixə dönəcək. Dünyanı soyqırıma məruz qoyanlarla bağlı çoxlu mülahizələr irəli sürüləcək. Günahkarlar axtarılacaq, səbəblər araşdırılcaq. Təəssüf ki, bunu törədən, yaxud törədənlər konkret olaraq bilinməyəcək. Koronavirusun yaratdığı qırğın, maraqların toqquşması nəticəsində dünyanı bürüyən faciələrin (günhasız insanların öldürülməsi, qaçqınlıq) müəllifi yadda qalmayacaq. Heç bir çox hallarda onunla maraqlanmayacaqlar. Ancaq koronavirus bəlasını, soyqırımını yaradan, onu təşkil edən də yox deyil. Heç bir hadisə səbəbsiz və müəllifsiz baş vermir.

Yəhudilərin soyqırımını törədənlər Hitlerin rəhbərlik etdiyi faşistlər olub. Bunu dünya qəbul edib. Holokstdan 15-27 il əvvəl, 1918-ci il martın 30-dan aprelin 3-dək ermənilər Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Kütləvi qırğınlar Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və başqa əraziləridə qeydə alınıb.

Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Yeri gəlmişkən, Birinci Dünya müharibəsindən əvvəl Bakının təxminən 200 000 əhalisi olub.

1998-ci ildən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Bu soyqırımı ermənilər törədib. Onların arxasında kimin və hansı səbəbdən durduğu isə başqa söhbətin mövzusudur. Faktlar bu soyqırımını onların törətdiyini təsdiqləyir.

Tarixi faktlara diqqət edək: 1917-ci ildə Rusiyada baş vermiş oktyabr inqilabı nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığını təmin etmişdi. Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına aхtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi…”

Şaumyan 1918-ci il aprelin 13-də Rusiya Sovet Federativ Sosialist Respublikası Хalq Komissarları Sovetinə göndərdiyi məktubunda qeyd edirdi: “Martın 30-31-də və aprelin 1-də Bakı şəhərində baş vermiş vuruşmada bizim tərəfdən sovet qırmızı qvardiyası, təşkil etdiyimiz beynəlmiləl qırmızı ordu, qırmızı donanma və erməni milli hissələri vuruşurdular…

Martın 17-də Bakıya xəbər çatır ki, Şamaxıda müsəlman qırğınını bolşeviklərlə yanaşı ermənilər təşkil edib. “Azərbaycan” qəzeti Şamaxı qırğınında iştirak edən bolşevik-erməni silahlı birləşmələrinin sayını da göstərir: “Şamaxı mahalına bir qitə göndərilib, əhali məhv edilir. 4 min əsgərin yüzdə səksəni erməni olub”. “Hümmət” qəzeti o vaxt “Şamaxı əhvalı” başlıqlı məqaləsində yazırdı: “Şamaxı şəhəri bütünlüklə yanıb”.

Qubadakı kütləvi məzarlıq 102 il əvvəl baş verən tarixi faciəyə, soyqırımına dair inkaredilməz nümunədir.

Mart soyqırımından 74 il sonra həmin qüvvələr, ermənilər havadarları ilə birlikdə Azərbaycanın hazırda Ermənistanın işğalı altında olan Xocalı şəhərində yerli azərbaycanlılara qarşı soyqırımı törədib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilib. Əhalisi öz torpaqlarından qaçqın düşüb.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1 275 nəfər əsir götürülüb. Əsir götürülən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

1992-ci il aprelin 8-də Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni qüvvələri tərəfindən yandırılmış, kəndin 779 nəfər sakininə işgəncələr verilmişdi. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdi.

Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetrilmişdir.

1917-1918-ci illəri əhatə edən bu hadisələr zamanı ermənilər havadarlarının yardımı ilə Güney Azərbaycanda 200 minə yaxın Azərbaycan türkünün qətlə yetirdiyinə dair tarixi faktlar var.

Ermənilərin bu vəhşilikləri və işğalçılıq siyasəti indi də davam edir. Azərbaycanlıların qanı axıdılan torpaqlarda, Qarabağda separatçı rejim “seçkilər” keçirir.

Niyə ermənilər bu addımı ata bilir? Onların Azərbaycanda törətdikləri qanlı faciələrə, vəhşiliklərə dünyanın, ona ağalıq edənlərin göz yumması 102 il əvvəlki hadisələrin davamıdır. Həmin dünya özünü mədəni, beynəlxalq hüquqa hörmət edən kimi görünməyə çalışsa da, bu gün Qarabağda “seçkilər” oyunu onların xeyir-duası ilə keçirilir.

Koronavirus pandemiyası Qarabağdakı ermənilərin 102 il əvvəlki havadarları ilə birlikdə təşkil etdiklər şounun müşahidəsinə mane olub. Bildirilib ki, infeksiya 38 ölkə və tanınmayan bölgələrdən 140 müşahidəçi Xankəndinə gələ bilməyib.

Separatçılara başçılıq etmək uğrunda iki tərəf var: Rusiya ilə Qərb arasında çabalayan Nikol Paşinyanın tərəfdarları və moskvaçılar.

Ermənilər bu “tədbiri” 24 ildir keçirirlər. Başqa sözlə, mart soyqırımından 78, Xocalı soyqırımından 4 il sonra “seçkilər”ə başlayıblar. Bütün bu hadisələr beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupu və həmsədrlərin gözü qarşısında baş verir. Koronavirusun yayanı tapa bilməyən dünya bu tarixi faktları görə bilməkdə belə acizdir?

Əlbəttə, yox! Bu məsələ də virus kimi bir şeydir. Bir dəfə erməniləri yazıq, torpaqsız, haqları türklər tərəfindən tapdanan fikiri ilə yoluxdurub. Bu infeksiya müalicə olunmadığından xəstəlik davam edir. Çünki ermənilər ayılıb, sağalmaq istəyəndə yenidən yoluxdurulurlar. İnfeksiyanın mənbəyi hələ də qalır. Bu mənbələrdən biri Eçmiədzin kilsəsidir. Qeyd edək ki, Ermənistanda koronavirus da oradan yayılıb. Minsk qrupuna həmsədrlik edən ölkələr də infeksiya mənbəyi rolundadır. Bu ölkələrdəki erməni lobbisi və diasporu onlar üçün müalicə adı altında yeni virus hazırlayır. 102 və 28 il əvvəl azərbaycanlılara qarşı törədilən soyqırımı, bu gün keçirilən “seçkilər” bir virusun simptomudur. Bunun adı ermənilikdir. Həmin virusla 200 il əvvəl erməniləri yoluxdurublar. Azərbaycan onlara vaksin vuraraq sağaltmağa çalışsa da, kilsə, lobbi, diaspor və havadarlar yeni mutant virusları etnik qrupu yoluxdururlar.

Bu gün Azərbaycanın işğal altıda olan Laçın rayonu Oğuldərə kəndinin yerli əhalisinin didərgin düşməsindən də 27 il ötür. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Oğuldərə və daha neçə-neçə kəndlərin əhalisinin öz yurduna qayıtması ermənilik virusunun vaksinidir. 102 il əvvəlki xəstəliyin müalicə edilməsi dünyanın da xeyrinə olacaq. Əks halda bu virus bir zaman onu yayan ölkələri də bürüyəcək. Gürcüstanda Cavaxetiya hadisələri buna nümunə sayıla bilər. İranın Qərbi Azərbaycan və Şərqi Azərbaycan əyalətləri, Rusiyanın Şimali Qafqaz – Rostov-Don xətti və Voronejə qədərki ərazilər bu virusun qurbanı olacaq. Müalicə olunmazsa, Fransa və ABŞ-a gedib çıxacağı da istisna edilmir. Odur ki, beynəlxalq vasitəçilər “seçkilər”in qarşısını almağa borcludur. Bu həm də özləri üçün xilas yoludur.

Yeri gəlmişkən, bu gün Avropa İttifaqı və ABŞ qaçqın qəbul etməkdən qorxur. Rusiya isə bu problemi görməzdən gəlir. Hələ onların başını sığallayırlar. Separatçı rejim işğal altında olan ərazidə koronavirusa yoluxanın olmadığını bildirir. Ancaq “seçkilər” oyunundan sonra infeksiyanın onları məhv etdiyi barədə hay-küy salacaqları istisna edilmir. Onlar virusun adından istifadə edərək ianə toplamağa başlayacaqlar. Çünki əvvəllər də ermənilər təbii fəlakətlərdən sui-istifadə edib. Ona görə də “ermənilik virusu” hələlik ona himayədarlıq edənlərdə yoxdur, amma gələcək. Lap elə koronavirus kimi…

Sədrəddin Soltan (Report)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO