Birjalarda neftin qiyməti
Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,20 ABŞ dolları, yaxud 1,04% artıb.
Rakus.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 19,43 ABŞ dolları təşkil edib.
“Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Dünya birjalarında da neftin qiyməti bahalaşır. Belə ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar artaraq 23,04 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,14 dollar bahalaşaraq 21,23 dollar təşkil edib.