Maska taxmaq məcburidir və xammal ölkəyə gətirildi
“Azərbaycanda maska və spirtlə bağlı problem yaxın günlərdə öz həllini tapacaq”.
Rakus.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovbrifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən gecə maska istehsalı üçün lazımi xammal ölkəyə gətirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev isə bildirib ki, vətəndaşların qoruyucu vasitələrindən istifadəsi mütləqdir: “Polis bunu vətəndaşlardan tələb edir. Karantin rejimi qaydalarında da qoruyucu vasitələrdən istifadə zəruridir. İstifadə etməmək də bu qaydaları pozmaq deməkdir”.
TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva da brifinqdə deyib ki, ölkəyə koronavirus xəstəsi xaricdən gəlirdi. Ona görə də tibbi qoruyucu maskanın taxılmasını zəruri etmirdik: “İndi ölkə daxilində yoluxma faktları olduğundan maska istifadəsi məcburidir”.