Gündəm 03.04.2020 12:31

Əli Əhmədov koronavirusdan yazdı: “Vəziyyət qat-qat ciddidir”

“Koronavirus pandemiyasının bir sıra ölkələr üzrə statistikası insanı dəhşətə gətirir. Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir”.

Rakus.az xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – icra katibi Əli Əhmədov özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycan hökuməti virusa yoluxmaların qarşısının alınması və yoluxanların müalicəsi üçün Prezident İlham Əliyevin tapşırığı ilə və bilavasitə nəzarəti altında mümkün olan bütün qabaqlayıcı tədbirləri görür və bundan sonra da görəcək: “Lakin təhlükəli virusun yayılmasının və böyük faciələrə gətirib çıxarmasının qarşısının alınmasında hamının və hər kəsin iştirakı həyati əhəmiyyət kəsb etməyə başlayıb. Acı reallıqlarla və tükürpədən faciələrlə üz-üzə qalmış ölkələrin təcrübəsi göstərir ki, ayrılıqda götürülmüş fərdin sağlamlığı hamının, bütün cəmiyyətin sağlamlığı dərəcəsinə yüksəlib. Hər kəsin şəxsi məsuliyyət dərəcəsi heç zaman olmadığı qədər əhəmiyyət və dəyər kəsb etməyə başlayıb”.

YAP rəsmisi qeyd edib ki, amansız virusun törətdiyi insan faciələri qarşısında aciz qalan ölkələrin acı təcrübəsi hər birimizə ibrət dərsi olmalıdır: “Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır. Söhbət nə qədər şəxsi sağlamlığından, yaxınların sağlamlığından gedirsə, o qədər də dövlət və milli maraqlardan gedir.

İndiki həssas anlarda şəxsi məsuliyyət, birlik və həmrəylik anlayışları mahiyyət etibarilə çox sadə düstura malikdir: evdə qal, özünü virusa yoluxdurma, ata-ananı, övladlarını və nəvələrini virusa yoluxdurub təhlükə altına atma.

Bu sadə, lakin həyati məna daşıyan tələblərə biğanəlik göstərilməsi acı nəticələrə gətirən, bağışlanmaz səhv və günah olardı. Gəlin bağışlanmaz səhv etməyək, günaha batmayaq. Həm özümüzü və yaxınlarımızı, həm də xalqımızı dəhşətli faciələrdən birlikdə qoruyaq. Gəlin qarşıdakı üç həftədə “EVDƏ QAL ” şüarını gələcəyimiz naminə həyat tərzimizə çevirək. Buna hər birimizin, bizim sevdiklərimizin və bizi sevənlərin çox, lap çox ehtiyacı var”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO