Elçin Quliyev “Samur” sərhəd məntəqəsinə baş çəkib
Prezident İlham Əliyevin tapşırığına əsasən, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev aprel 4-də “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub.
Rakus.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, DSX rəisi Rusiya Federasiyasından gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbirlərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb.
Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər verilib.
Karantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinə baxış keçirilib.