Maraqlı 10.04.2020 07:17

Evdə sağlamlıq üçün bunları edin – MƏSLƏHƏT - FOTO

Evdə divan-kreslo-yataq arasındakı turizm səfərlərimizdən sonra birdən anlayırıq ki, artıq sağlam həyat tərzinə geri dönməyin vaxtıdır.

Rakus.az xəbər verir ki, çünki şəkərbura-paxlava sezonu bitdikdən sonra bu qədər evdə oturmaq heç də yaxşı fikir deyil. Yaxşı fikirlər isə bizdə var. Sağlam qalmaq və gündəlik ritmimizi qorumaq üçün nələr etmək vacibdir, biz sizə deyəcəyik.

1. Sağlam həyat tərzi üçün idman edin!

Bəli, salona gedib foto çəkdirib paylaşmadan da idman etmək olar. İnternetdə bunun üçün yüzlərlə resurs var, sadəcə, özünüzə uyğun məşq proqramını tapın və hər gün bir saatınızı buna ayırın. Saat demişkən, Mi Band 4 alıb idman nəticələrinizi oradan izləyə bilərsiniz. Bu, sizə əlavə motivasiya olacaq. Motivasiya deyəndə, təbii ki, tərəziyə çıxıb verdiyimiz kiloları görməkdən yaxşısı ola bilməz. Bu smart tərəziadi tərəzidən daha çoxunu edir, əzələ, piy, sümük və su kütləsi göstəricilərini alır, sizə onlara uyğun nəticələr verir.

“Huawei” markalı tərəzini xüsusi tətbiqetmə vasitəsilə də izləyə bilərsiniz. Tətbiqetmələri rahat idarə etməyiniz üçün güclü smartfona ehtiyacınız ola bilər. Son zamanların ən sevilən smartfonu Redmi Note 8 – məsləhətdir! Ağıllısı budur ki, smart qadcetlərə özünüz yuxarıdakı linklərdən baxasınız. Biz isə çox uzatmadan keçək ikinci tövsiyəmizə!

2. Dadlı və sağlam qidaya başlayın!

“Bu gün də yeyək, sabahdan idmana başlayırıq” dediyinizi eşidirik. Buna ehtiyac yoxdur, hər gün yeyin, amma sağlam yeyin. Qızartma sevənlər, dadlı yeməklərin sağlam yolu var. Restorandakı kimi ət, toyuq, tərəvəz hazırlamaq üçün izqaradan yaxşısı yoxdur. Daha sağlamı da! Asan, ləzzətli və dadlı!

3. Bol vitaminli içkilər qəbul edin!

“Bol su için” deməyəcəyik, bunu onsuz da bilirsiniz. Həm maye, həm vitamin ehtiyacınızı ödəmək, həm də günə enerjili başlamaq üçün evdə sıxılmış şirə için. Şnek tipli şirəçəkənlərin üstünlüyü ondan ibarətdir ki, meyvənin şirəsini son damlasına qədər çəkir.. Həm də şirəni soyuq sıxma ilə çəkdiyi üçün, bütün vitaminlər şirədə qalır. Əgər günə daha da rəng qatmaq məqsədiniz varsa, blenderi götürə və özünüzə dadlı smuzilər hazırlaya bilərsiniz. Ürəyinizi buz kimi saxlayın, Philips blenderinin buzqırma özəlliyi də var.

Ən az sevimli kafedəki qədər içki seçimi yaratmaq üçün tövsiyə etdiyimiz məhsulları gözdən keçirin.

4. Şəxsi baxımınıza diqqət edin!

Formada olmaq bəs etmir, həm də gərək öz gözünüzə xoş görünəsiniz! Bu, sizin gümrahlığınıza birbaşa təsir edir. Bu dəfə başqaları üçün yox, özünüz üçün bəzənin! Saçlarınızın formasını itirməməsi və sağlam qalması üçün Gorenje fenini məsləhət bilirik.

Əziz kişilər, siz isə “evdəyəm” deyib saçı saqqala qarışdırmayın. Üz dərinizin sağlamlığını qorumaq üçün Philips üzqırxanından istifadə etməyiniz məsləhətdir. Xanımları örnək alın, istənilən vəziyyətdə özünüzə qulluq etməyi unutmayın. Axı sağlam olmaq da gözəldir!

Şəxsi baxım məhsulları ilə daha ətraflı tanış olasınız deyə məhsulların üzərinə link yerləşdirmişik.

5. Sağlam qalmaq üçün əhvalınızı yüksək tutun!

Əhvalımız yaxşı olanda özümüzü də əla hiss edirik. Televizorunuzda və ya noutbukunuzda sevdiyiniz mahnının səsini yüksəldin və evdə parti başlasın. Yarıda qalan film və serialları da izləmək də əhvalınıza yaxşı təsir edəcək. Bütün bunlar üçün “noutbukum yoxdur” deyirsinizsə, Acer Extensa-nın parametrləri sizin ehtiyacları tamamilə ödəyəcək. Yox, daha böyük ekrana keçmək istəyirsinizsə, sizə 4K dəstəkli Xiaomi televizorunu tövsiyə edirik. Yeni məlumatlarla və fərqli TV layihələrlə beyniniz və zövqünüz də sağlam qalsın.

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO