Sosial 12.04.2020 23:17

Empatiya qura bilirik, yoxsa belə düşünürük – Tələbə yazır

Xüsusilə son illərdə, demək olar ki, uşaqdan böyüyə hər kəsin istifadə etdiyi  bir sözə çevrilən empatiyanın həyatımızda rolu olduqca böyükdür. Bəs, görəsən, empatiyanın həqiqi mənasına və təsirlərinə nə qədər bələdik? Hər birimizin  zaman-zaman duyğu və hisslərimizdən dolayı yaşadığımız çətinliklər vardır. Halbuki, sonra düşündükdə həmin duyğu və hisslərimizin bizi yanlış yönləndirdiyini və nəticələrinin də bizim üçün xoş olmadığını görürük. Bəzilərimiz ilk dəfədən bunun fərqinə vara bilirik, digərlərimiz isə dəfələrlə belə situasiyalara düşsək belə, fərqinə varmırıq və bu vəziyyəti dəyişməyə çalışmırıq. Ümumiyyətlə onu deyə bilərik ki, qaşılaşdığımız situasiyalarda duyğu və hisslərimizdən qaynaqlanan vəziyyətlərin bizim, eyni zamanda ətrafımızdakı insanların həyatlarına böyük təsiri var.
Empatiya-özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığıdır. Əksəriyyətimiz bu sözün mənasını bilsək belə, onu həyatlarımıza düzgün tətbiq edə bilmirik. Empatiya əsasən iki yerə ayrılır.
1) Hissi empatiya
Eyni zamanda “duyğu empatiyası” da deyilir. Bu empatiya növü əsasən insanları yaxşı başa düşməyə, hər hansı mövzuda onların hansı hiss-həyəcanı keçirdiklərini anlama qabiliyyətidir. Məsələn narahatlıq empatiyası. Belə empatiya növü hətta kiçik yaşlı uşaqlarda da özünü göstərir. Qarşısındakı insan ağladıqda uşaq həmin şəxslə birgə ağlaya, onu qucaqlaya və ya buna bənzər hərəkətlər nümayiş etdirə bilər.
2) İdrak empatiyası
Bu empatiya forması əsasən başqalarının hərəkətlərini nöqteyi nəzərdən və mənəvi baxımdan anlama formasıdır. İdrak, təfəkkür empatiya formasının özünün müxtəlif formaları mövcuddur. Məsələn bu empatiya növünə sahib insanlar başqalarını psixoloji tərəfdən anlaya bilir, bir digər qrup insan isə yaratdığı xarakterlərlə təsəvvür formalaşdırmağa meyllidir.
Həqiqətən, empatiya qura bilirik, yoxsa sadəcə belə düşünürük?
Bir  çoxumuz empatiya qurma bacarığımızın olduğunu iddia edirik. Hətta ətrafımızdakı canlılarla münasibətdə də bunu tətbiq etdiyimizi düşünürük. Görəsən, həqiqətən də, belədir? Ilk növbədə bilməli olduğumuz əsas amil empatiya qurmağın qarşı tərəfə haqq verməklə əlaqəli olmadığıdır. Bir çoxumuz “empatiya qurdum amma yenə də haqsızdı”, “empatiya qurdum amma yenə də mən haqlıyam” kimi cümlələr qururuq. Əslində isə bu yanlışdır. Çünki empatiya qurmaq qarşı tərəfə haqq vermək deyil. Empatiya qurmaq üçün həmin insanın olduğu situasiyanı yenə həmin insanın duyğu, hiss və düşüncələri ilə qiymətləndirmək gərəkdir. Bir çoxumuz empatiya qurarkən özümüzü qarşı tərəfin yerinə qoymağa çalışırıq. Ardınca isə həmin vəziyyəti öz düşüncə, dünyagörüşü və iradəmizə uyğun şəkildə dəyərləndirməyə başlayırıq. Sonda isə “Mən onun yerində olsa idim belə etməzdim” deyib yekunlaşdırırıq. Əsas yanlış isə məhz buradadır. Çünki bizdən tələb olunan əsas tələb olunan həmin stuasiyada öz yanaşmamızı irəli sürmək deyil, həmin insanın yanaşmasını anlamağa çalışmaqdır. Bu zaman aşağıdakı suallarla yola çıxmaq və cavab axtarmaq daha məqsdəuyğundur.
1) Görəsən, o özünü bu cür vəziyyətdə necə hiss edir?
2) Belə hiss etməsi üçün hansı əsasları var?
3) Yaranmış vəziyyətin nəticələrini necə təhlil edir və s…
Eyni zamanda empatiya qurmaq üçün səbəb axtaran, ilk addımı qarşı tərəfdən gözləyənlərimiz də var. Unutmaq olmaz ki, empatiya hissini qarşılıq üçün tətbiq etmək düzgün deyil. Öncə özümüzü sorğulamalı, həmin insana qarşı öz yanaşmamıza diqqət etməliyik. Məsələn təsəvvür edək ki, soyuqdan üşüyən bir pişik görürük və onunla empatiya qurmaq üçün səbəb axtarırıq və ya qarşılıq gözləyrik. Bu zaman  necə bir qarşılıq gözləmək olar ki? Ya da bir qarşılıq gözləmək nə qədər düzgün olar?
Bundan başqa empatiya qura bilməyən insanları əsas 2 qrupda fərqləndirə bilərik. Birinci qrupda narsist-özlərinə vurğun, ətrafdakıların duğularını önəmsəməyən insanları , ikinci qrupa isə empatiya hissi heç aşılanmamış, belə mühitdə yaşamamış insanları misal göstərə bilərik.
Yüksək empatiya hissinin bizə zərərləri nələrdir?
Hər şey kimi empatiya hissi də müəyyən bir balansda olduğu müddətdə faydalı qəbul olunur.Yüksək empatiya hissi çox zaman mərhəmət, vicdan əzabı ilə əlaqədar yaranan və həyatımıza mənfi təsir edən vəziyyətlər doğura bilir.  Bir çoxlarımız  tez-tez “ Mənim yerimdə kim olsa belə edərdi”, “ Bununla nə itirəcəm ki?” düşüncələri ilə çıxış edir, daim ətrafdakıların bizdən nəsə gözlədiyini düşünürük. Çox zaman sorğu-sual etmədən bizə yönləndirilmiş istəkləri qəbul edirik. Hətta “Mən “yox” deyə bilmirəm” söyləyənlərimiz də az deyil. Belə olduğu təqdirdə  qarşı tərəfədə bizə qarşı davamlı gözlənti yaratmış oluruq. Bəzən bizim empatiya qurmaq istəyimiz qarşı tərəfin bizim xoş niyyətimizdən istifadə etməsinə də gətirib çıxara bilir. Bir müddətdən sonra  mərhəmət, vicdan əzabı kimi hisslərlə empatiyanı qarışıq salırıq.  Artıq bu vəziyyətin, düşüncənin, duyğularımızın həyatımıza mənfi təsirlərini gördükdə isə depresiya, narahatlıq və s… kimi hallar yaşayır, nə edəcəyimizi bilmirik.
Bu zaman bizdən tələb edilən yüksək empatiya hissinə qarşı qoymaq, vicdan əzabı və mərhəmət hissləri ilə deyil, məsələyə daha məntiqlə yanaşmaq olur. Ilk baxışda asan görülən bu mərhələ bəzən çox çətin ola bilir. İşə bir siyahı tərtib edib, yaşadığımız belə  halları və nəticələrini ora qeyd etməklə başlaya bilərik.  Sonra o siyahıda bizi narahat edən vəziyyətlərin tez-tez təkrarlandığını gördükdə isə bir müddət qarşılıq vermədən, neytral mövqe tutmalıyıq. Belə olduqda tədricən qarşı tərəfin bizdən gözləntiləri azalacaq. Diqqət etməli olduğumuz əsas məqam vicdan əzabı hissinin yanaşmamıza təsir etməməsidir.
Son olaraq qeyd etməliyik ki, sosial varlıq olan insanın həyatında empatiyanın əhəmiyyəti böyükdür. Yaşadığımız cəmiyyətdə isə insanların bunun fərqində olması xüsusilə gözəldir. Gəlin, çalışaq , bildiklərimizi həyatımıza və ətrafımıza düzgün tətbiq edək.
   
  Sənubər Nəzərova,
APU-nun Məktəbəqədər təhsil korreksiyaedici təlim, sosial- psixoloji xidmət fakültəsinin dördüncü kurs tələbəsi

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS