QARABAĞA ən yüksək status verilə bilər - FOTO
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Baş katibi Asəf Hacıyev Yerevanda jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.
Rakus.az xəbər verir ki, onun sözlərinə görə, Dağlıq Qarabağın işğaldan azad edilməsindən sonra ona Azərbaycanın daxilində ən yüksək status verilə bilər.
“İstənilən danışıqlar tərəflərin hansısa tərəqqiyə nail olduqları təqdirdə, irəliyə doğru atılmış addımdır. Yaxşı ki, humanitar, o cümlədən jurnalistlərin qarşılıqlı səfərləri səviyyəsində əlaqələrin aktivləşdirilməsinə hazırlıq var, bu, müvafiq ab-hava yarada bilər”, – A.Hacıyev diqqətə çatdırıb.
Xatırladaq ki, aprelin 16-da Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər üzrə 52-ci iclası keçirilib.