Kökəlməmək üçün yağsız yeməklər yeyin – MƏSLƏHƏT
Koronavirusla mübarizə səbəbindən karantin elan olunduğu gündən evdə qalan şəxslər yeməyə ütünlük verirlər.
Rakus.az xəbər verir ki, gündə üç dəfə deyil, tez-tez yeməklə kökəlmək riski də artır. Ona görə də kökəlməmək üçün bu yeməklər məsləhət görülür.
Bu günlərdə vaxtının çoxunu televizor qarşısında keçirənlər daha çox tez hazırlanan yeməklərə, “fast food”lara üstünlük verir. Amma yaxşı olar ki, yanınızda yalnız quru meyvələr olsun. O, sizi nə kökəlməyə qoyar, nə də acımağa.
Bundan başqa, gün ərzində tox qalmaq için bir almanı bişirin, soyuduqdan sonra üzərinə darçın tökün və yeyin. Yox, əgər duzlu bir şey yemək istəyirsinizsə, o zaman qarğıdalı məsləhətdir. Bu, xüsusən film izləyərkən sizə xoş əhval da gətirəcək. Cipsi yemək əvəzinə isə kabab məsləhət görülür. Yağsız bişən kabab həm ağız dadınıza uyğun olacaq, həm də sizi artıq çəki almaqdan xilas edəcək.
Gün ərzində meyvə, qatıq yemək də məsləhət görülür.