Siyasi 15.04.2020 12:00

Kazan formulu Paşinyana xoş gəlir – MÜSAHİBƏ

Dünən, aprelin 14-də Dağlıq Qarabağda işğalçı rejim “seçkilərin ikinci turu”nu keçirdi. Gözlənildiyi kimi, erməni separatçılarına rəhbərlik edəcək Araik Harutyunyan “qalib gəldi”. Artıq vəzifəsini tərk edən Bako Saakyan Azərbaycanın işğal olunmuş ərazilərində COVID-19-un yayılması ilə bağlı məsuliyyəti üzərinə götürəcəyini vəd etdi. Ancaq o, çox güman ki, bu məsuliyyətin öhdəsindən gələ bilməyəcək.

Rakus.az xəbər verir ki, təxmin etmək olar, Bako Saakyan Ermənistan xarici pasportu ilə ən qısa müddətdə Cənubi Qafqaz bölgəsini tərk etməyə çalışacaq. Bu, karantin bitdikdən və sərhədlərin açılmasından dərhal sonra baş verəcək.

Əlbəttə ki, “seçki məntəqələri”ndə Qarabağın erməni icmasının nümayəndələrinin kütləvi toplaşması baş vermədi.

Yəqin ki, kimsə COVID-19 artıq Ermənistandan Qarabağa gətirildiyi üçün səs verməməyə çağıran ikinci “namizəd” Masis Mailyanın məsləhətinə əməl edib. Bu, “ilk tur”da “seçicilər”in sayını artırmaq üçün insanların Ermənistandan gətirildiyi zaman baş vermişdi.

Hətta erməni fəal Vahram Ağacanyan da rəqəmin çox göstərildiyini bildirib: 103 663 seçicinin olması üçün (erməni tərəfi belə bir rəqəm səsləndirib – red.) əhalinin 140-150 min nəfərə çatması lazımdır. Onun sözlərinə görə, Qarabağda 60-65 min nəfər səs verə bilər (baxmayaraq ki, bu rəqəm də bizə çox şişirdilmiş görünür –  red.).

Sergey Markov Media.Az üçün Qarabağdakı yalançı seçkiləri şərh edib.

Tanınmış rus ictimai xadimi, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, Rusiya Federasiyası İctimai Palatasının üzvü və Rusiya Prezidenti Vladimir Putinin köməkçisi verdiyi müsahibədə Ermənistan baş naziri Nikol Paşinyanın nəyə görə koronavirusa əhəmiyyət vermədən öz adamını işğal altında olan Qarabağın başçısı vəzifəsinə qoymağa tələsdiyini izah edir:

– Düşünürəm ki, Nikol Paşinyan, həqiqətən də, öz adamının Dağlıq Qarabağın (işğal rejiminin – red.) başında olmasında çox maraqlıdır. Buna görə insanların sağlamlığı və həyatı ilə qəti şəkildə risk etməyə hazırdır. Onun üçün əsas olan hakimiyyət uğrunda mübarizədir. Paşinyanın rəqibləri Ermənistan Respublika Partiyasının nümayəndələri, qondarma “Qarabağ klanı”nın nümayəndələridir. Dağlıq Qarabağ, əslində, “Qarabağ klanı”nın ev qalasıdır.

Əgər Nikol Paşinyanın əleyhdarları indi qalib gələ, Qarabağdakı güclərini qoruyub saxlaya bilsəydilər, ona hücum edəcəkdilər. Nikol Paşinyanın böyük məğlubiyyətə uğradığı hər vasitə ilə elan edilərdi. Bir nüans var. Əgər Nikol Paşinyan “respublikaçıları” öz hakimiyyət dairələrindən məhrum etməyi bacararsa, bu, onların siyasi hakimiyyətlərinin sonu olacaq.

Başqa bir məqam: Nikol Paşinyan açıq şəkildə siyasi uğurdan iqtisadi uğura keçmək istəyir. Müvəqqəti deyil, daim məşhur olmaq üçün. Bunun üçün o, Türkiyə və Azərbaycanın həyata keçirdiyi blokadanı aradan qaldırmalıdır. Bu səbəbdən Qarabağ münaqişəsinin həlli üçün “Kazan formulu” ilə razılaşmaq lazımdır. Yəni Dağlıq Qarabağın ətrafındakı əraziləri Azərbaycana qaytarmaq. Bu, ümumiyyətlə, çoxdan razılaşdırılıb.

Ancaq Nikol Paşinyan, dəfələrlə dediyim kimi, sadəcə qorxur, çünki Ermənistanda siyasət zorakıdır. Buna görə də, Ermənistanın baş naziri məsuliyyəti Qarabağın erməni icması ilə bölüşdürmək istəyir. Bu isə onun tanınmamış qurumun rəhbərliyində öz adamlarının olmasına ehtiyac yaradır. Onlar Qarabağın erməni icması adından danışacaqlar və dediyim kimi, məsuliyyəti bölüşəcəklər.

– Maraqlıdır ki, Qarabağın erməni icmasının “lideri” postuna iki namizəddən – Araik Harutyunyan və Masis Mailyandan heç biri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” fikrini dəstəkləmirlər. Onlar “müstəqillik” tərəfdarıdırlar…

– Elə Nikol Paşinyan özü də bunun mümkün olmadığını başa düşür. “Kazan formulu” ilə razılaşmaq istəyir. Lakin Dağlıq Qarabağın erməni icmasını sakitləşdirmək üçün mövqeyini köklü şəkildə dəyişdirməlidir. Ermənistan həqiqətən blokadanı aradan qaldırmaq istəyir, hər şey bunun üçün edilir.

– Yəni belə çıxır ki, Ermənistan bu işdə heç bir rolunun olmadığını, Qarabağın erməni icmasının bunu istədiyini deyir?

– Məhz bu cür: iqtisadi blokadanın qaldırılması üçün Dağlıq Qarabağın ətrafındakı əraziləri azad edək, onlar “özləri xahiş edirlər”.

– Bundan sonra necə olacaq?

– Sonra da Nikol Paşinyan “DQR”in yeni “prezidentinə” (dırnaq işarələri müəllifə aiddir) göstəriş verərək, Qarabağın erməni icmasının “Kazan formulu”nu dəstəkləməyə hazır olduğunu göstərən ən azı sosioloji araşdırmalar təqdim etməlidir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO