“Həyat yoldaşım heç vaxt qısqanmayıb” – Xalq artisti - VİDEO
N.Şirinov daha sonra ailəsindən danışıb və bildirib ki, həyat yoldaşı onu heç vaxt qısqanmayıb:
“Tanınmağım ailə qurandan sonra başladı. Bu günə gəlib çatmağımda göydə Allah, yerdə xanım səbəb olub. Ailə gözəl olanda ritm də gözəl olur. “Sevgilim” mahnısını da ona həsr etmişəm. Ona nə həsr etsəm azdır. Düzdür, problemsiz ailə olmur. Bizdə də qırğın, küsmək, ağlamaq da olur. Hamısı sevginin başında dayanır.
Ailə gözəl olanda, kişi-qadın bir-birini qoruyanda gözəl olur. Hər şey inamdan başlayır. Xanıma təşəkkür edirəm ki, məni qısqanmadı. Qısqanclıq evlər dağıdır. Hər zaman mənə dəstək oldu. Musiqi aləmi elədir ki, deyirlər, bu niyə öpdü, qucaqladı, gül verdi… Nağara qalır bir kənarda, evdə qırğın gedir. Təşəkkür edirəm ki, xanımım bunu mənə yaşatmadı. Özünü idarə etməyi bacarmalısan. Birinci özünü, sonra ailəni idarə etməlisən”.