Siyasi 16.04.2019 22:30

Elmar Məmmədyarovun Polşaya rəsmi səfəri - FOTO

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində aprelin 16-da bu ölkənin Seyminin marşalı (spiker) Marek Kuxçinski ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Rakus.az-a verilən məlumata görə, Seymin marşalı 2017-ci ilin aprel ayında Azərbaycanın xarici işlər nazirinin Polşaya rəsmi səfərini xatırlayıb, belə səfərlərin Polşa və Azərbaycan arasındakı qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafına təkan verdiyini qeyd edib. İki ölkə arasındakı əməkdaşlığın parlament ölçüsünün əhəmiyyətindən bəhs edən marşal hər iki ölkədə parlament dostluq qruplarının fəaliyyət göstərdiyini vurğulayaraq, bu qrupların mütəmadi görüşlərinin keçirilməsinin mövcud əlaqələrin daha da irəli aparılması baxımından vacib olduğunu qeyd edib.

Elmar Məmmədyarov iki ölkə arasında mövcud olan əməkdaşlıq, o cümlədən parlamentlərarası əlaqələrin hazırkı durumundan məmnunluq ifadə edib. Nazir Azərbaycan Milli Məclisinin sədrinin salamlarını Marek Kuxçinskiyə çatdırıb. Elmar Məmmədyarov qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən enerji, infrastruktur layihələri, o cümlədən Cənub Qaz Dəhlizi, habelə Cənub-Qərb nəqliyyat dəhlizi haqqında geniş məlumat verib.

Tərəflər Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı çərçivəsində iştirak ilə bağlı fikir mübadiləsi aparıblar. Elmar Məmmədyarov Polşanın Aİ-yə üzv ölkələr arasında Azərbaycanın əsas tərəfdaş ölkələrindən biri olduğunu söyləyib.

Seymin marşalı Şərq Tərəfdaşlığının əhəmiyyətindən bəhs edərək, Avronest Parlament Assambleyası çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu bildirib.

Nazir bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin cari vəziyyəti ilə bağlı marşalı məlumatlandırıb. Münaqişənin tezliklə həllinin bölgədə sülh, dayanıqlı inkişaf və rifahın təmin olunması baxımından vacib olduğunu vurğulayıb.

Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Seyminin marşalını Azərbaycana səfərə dəvət edib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO