Məsciddə yataq səhnələri çəkildi - FOTO - VİDEO
Aprelin 13-də “Россия-1” kanalında rejissorluğunu Eqor Anaşkinin etdiyi “Züleyxa gözlərini açır” serialının premyerası olub.
Rakus.az xəbər verir ki, tatar yazıçı Guzel Yaxinoyun eyniadlı romanı əsasında lentə alınan ekran işi tənqidlərə səbəb olub. Serialın baş rollarını Çulpan Hamatov, Yevgeni Morozov, Yuliya Peresild, Sergey Makoveskiy canlandırıb. Uzun müddətdir insanların səbirsizliklə gözlədiyi ekran işi ətrafında qalmaqal yaşanıb.
Ekran işi sosial şəbəkələrdə tənqid atəşinə tutulub, hər kəs ekran işinin yayımının dayandırılmasını tələb edib.
Serialın ünvanına “Prokurorluq və İstintaq idarəsi bunu araşdırmalı, cinayət işi açmalı və yayımına son qoymalıdır. Bu cür təsəvvür etməzdik. Dövlət kanalında bu biabırçılığı göstərmək olmaz. Rusların əleyhinə olan film niyə göstərilir? Ruslara qarşı fobiyası olan və sovet ittifaqını tənqid edənlər bu filmi çəkiblər” kimi şərhlər yazılıb.
Təkcə ekran işinin yaradıcı heyəti yox, aktyorları da tənqid edilib. Hətta Çulpan Hamatov təhdid edildiyini söyləyib:
“Filmlə bağlı qarğış yazırlar. Təkcə tatar yazıçı tənqid edilmir, öz tariximizə qarşı xəyanət etdiyimiz, ləkələdiyimiz yazılır. Bunun insanı mənəvi məhvə apardığı iddia olunub. İctimaiyyətin reaksiyası məni təəccübləndirdi. Sovet hakimiyyəti, Stalinizm haqqında başqa filmlərdə rol aldığım zaman tamaşaçılar tərəfindən belə bir reaksiya yox idi”.
Qeyd edək ki, ekran işindəki hadisələr 1930-1946-cı illərdə baş verir. Ssenariyə əsasən baş rol oynayan tatar qız Züleyxanın əri Qırmızı Ordu tərəfindən öldürülür. Özü isə Sibirə sürgün edilir. Tezliklə o, hamilə olduğunu öyrənir və Yusif adlı oğlu doğulur. Züleyxanın yaşamaq üçün tək səbəbi isə oğludur. O, həbsdə olan zaman isə Züleyxa ərini öldürən əsgərlə eşq yaşayır.
Serial Tatarıstanda da tənqid edilib. Onlar hədsiz yataq səhnələrinin olmasını şiddətlə qınayıblar. Digər bir məqam isə həmin səhnələrin məsciddə baş verməsidir. Həmin görüntülər hazırda fəaliyyət göstərməyən bir məsciddə çəkilsə də, müsəlmanlar bunu düzgün hesab etməyib və dini təhqir kimi qiymətləndiriblər.
Onu da bildirək ki, serialın 8 bölümdən ibarət ilk mövsümü yayımlanıb. (Axşam.az)