Ulduzların evlərindən ifalarını dünya dinlədi - VİDEO
Dünya ulduzlarının koronavirusa qarşı mübarizə aparanlara dəstək olmaq üçün təşkil etdikləri konsert proqramı başa çatıb.
Rakus.az xəbər verir ki, yüzdən çox dünya ulduzu koronavirusa qarşı mübarizə aparanlara dəstək olmaq üçün mahnılarını ifa edəcəkləri bir tədbir təşkil edirlər.
TV kanallarından və sosial mediadan yayımlanacaq konsert Bakı vaxtı ilə 22.00-da başlayıb.
“The One World: Together At Home” (“Bir dünya bir evdə”) adlanan tədbirdə “Rollinq Stouns”, Selin Dion, Farel Uilyams, Elton Con, Paul MakKartni, Stiv Uonder və Billi Eiliş da daxil olmaqla 100-dən çox müğənni oxuyub.
Bütün iştirakçıların ifaları evlərindən canlı yayımlanıb.
İfaları “YouTube”, “Twitter”, “Facebook”, “İnstagram”dan, eləcə də dünyanın bir çox televiziya kanallarından canlı yayımlanıb.
Səkkiz saatlıq tədbirdən əldə edilən gəlir koronavirusla mübarizə məqsədi ilə xərclənəcək.
Tədbir “Global Citizens” təşkilatı və Ledi Qaqanın dəstəyi ilə baş tutub.
Bazar günü səhər 06:00-a qədər davam edən konsert proqramını canlı şəkildə baxa bilərsiniz.