Sosial 17.04.2019 11:42

Füzulililər İlham Əliyevə güvənir - FOTO

Cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsindən bir il ötür. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyevin son bir ildə uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.

Rakus.az xəbər verir ki, bu fikirlər Füzuli rayon İcra Hakimiyyətindən verilən məlumatda bildirilir.

Qeyd edilir ki, son  bir ildə Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının bütün vətəndaşları kimi Füzuli rayon sakinləri tərəfindən də çox böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanmışdır. İmzalanmış hər bir sərəncam və fərman minlərlə füzulili məcburi köçkün ailəsinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynamışdır. Belə ki, son bir il ərzində Bakı şəhərində, o cümlədən respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan 422 ailə olmaqla 2365 füzulili məcburi köçkün mənzillərlə təmin edilmiş, işğal dövrü yandırılmış və dağıdılmış onlarla mənzil əsaslı bərpa olunmuşdur.  Bir il ərzində rayonun 100 min nəfərdən artıq əhalisinə yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən 50066605 min manat vahid aylıq müavinət ödənilmiş, dövlət ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olunmuş füzulili məcburi köçkün uşaqlarının 3064000 manat təhsil haqqı dövlət tərəfindən qarşılanmış, 34897 min məcburi köçkünün pulsuz tibbi müayinəsi təşkil edilmiş, ASAN XİDMƏT qatarları tərəfindən 2203 nəfər məcburi köçkünə müxtəlif istiqamətlər üzrə xidmətlər göstərilmişdir.

Ötən bir il ərzində Füzuli rayonundan olan 10638 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarına yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 3067900,49 manat subsidiya ödənilmiş, rayonun aztəminatlı ailələrindən olan 134 ailə özünüməşğulluq proqramına cəlb olunmuş, “DOST İŞ Mərkəzi” MMC və Məşğulluq Mərkəzi vasitəsilə 430 nəfər haqqı ödənilən ictimai işlərə, 2000 min nəfərdən artıq rayon sakini isə  mövsümü işlər olan pambıq, taxıl, şəkər çuğunduru becərilməsinə və ipəkqurdu saxlanılmasına cəlb olunaraq məşğulluqları təmin olunmuşdur.

Son bir ildə ərazidə yaşayan füzulili məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə əvvəlki illərdən yığılıb qalan 954024 manat borcu silinmişdir.

Dövlət başçısının şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı Fərmanı son bir ildə Füzuli rayonundan olan 370 şəhidin 430 vərəsəsinə şamil olunmuş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə 1000-ə yaxın füzulili məcburi köçkünün kreditlə bağlı narahatçılığına son qoyulmuşdur.

Prezident cənab İlham Əliyevin təkcə fevral ayında imzaladığı 8 Sərəncam, 4 Fərman minlərlə füzulili məcburi köçkünün sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, müharibə veteranlarının, şəhid ailələrinin, pensiyaçıların, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edib.

Əlbəttə, yuxarıda göstərilənlər Prezident cənab İlham Əliyevin son bir ildə Füzuli rayonuna, füzulililərə göstərdiyi diqqət və qayğısının kiçik bir hissəsidir. Prezident cənab İlham Əliyev prezidentiliyinin istər son biri ili, istərsə də 16 ili ərzində daima Füzuli rayonuna diqqət və qayğı ilə yanaşmış, on minlərlə füzulili məcburi köçkünün sosial problemlərinin həllinə köməklik göstərmişdir. Son 16 ildə rayonun işğaldan azad olunmuş yaşayış məntəqələrində geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılmış, müxtəlif şəhər və rayonlarda məskunlaşan füzulili məcburi köçkün ailələri üçün 17 yeni qəsəbə salınmış,  təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilmiş, yollar, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri yerinə yetirilmiş, bütövlükdə rayonun sosial-iqtisadi həyatında əsaslı dönüş yaranmış, Horadizə şəhər statusu verilmişdir.

Ötən bir ildə Heydər Əliyev Fondu tərəfindən də Füzuli rayonunda bir sıra layihələr həyata keçirilmişdir. Arayatılı kənddində ən müsair standartlara uyğun körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən inşa edilir. Ümumiyyətlə son altı ildə isə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda 6 böyük layihə həyata keçirilmişdir.

Respublikamızın bütün vətəndaşları kimi Füzulililər də Prezident cənab İlham Əliyevi sevir, ona inanır və onu dəstəkləyirlər. Cəbhə bölgəsində-düşmənlə bir addımlıqda yaşayan Füzulili məcburi köçkünlər Prezident, Ali Baş Komandan İlham Əliyevə güvənərək, onun yaratdığı şərait nəticəsində xoşbəxt yaşayır, işləyir və həyat şəraitlərini daha da yaxşılaşdırırlar.

Füzulililər əmindirlər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün daxili və xarici siyasətin ali məqsədi – ana xətti Azərbaycanımızın, o cümlədən rayonumuzun daha gözəl, daha  qüdrətli, insanlarımızın isə daha xoşbəxt və firavan yaşamasına xidmət edir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO