Mətbuat 21.04.2020 15:00

Vahid Əhmədov israrlıdır: KİVDF yoxlanılacaq

“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) yoxlamalar aparılmalıdır. Bununla bağlı məsələ Milli Məclisdə müzakirə ediləcək”.

Rakus.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Deputat hələ xeyli əvvəl bununla bağlı fikir bildirdiyini də xatırladıb: “Mən hələ Vüqar Səfərli icraçı direktor olanda fikrimi bildirmişdim ki, orada haqsızlıqlar var. Buna görə də onlara məxsus saytlarda əleyhimə yazılar gedirdi. Dövlətdən ayrılan vəsaitin paylanmasında, jurnalistlərin ev bölgüsündə, lap elə yazı müsabiqələrində haqsızlıqlara yol verilirdi. Fondda yoxlamaların aparılmasına çox ciddi ehtiyac var.

Keçən müddətdə ev alanlarla bağlı narazılıqlar yaranmışdı. Ev alanlar arasında heç jurnalist olmayanlar da var. Bu barədə mətbuatda mütəmadi olaraq demişik. Çox yaxşı oldu ki, cənab Prezident Əli Həsənovu vəzifədən kənarlaşdırdı. Ə.Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bir kampaniyanın adamlarıdır. Son illər mətbuatda xaotik vəziyyətin yaranması birbaşa onların əməli idi.

Mətbuatı Azərbaycan xalqının milli xüsusiyyətlərinə xas olmayan söyüş alətinə çevirmişdilər.

Bütün bunlar faktiki olaraq onların xidmətləri idi. Ona görə də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mütləq yoxlanılmalıdır, Hesablama Palatası orada yoxlamalara başlamalıdır. Keçən müddətdə Fonda nə qədər vəsait ayrılıb, hara, necə xərclənib, bunun hesabatı aparılmalıdır. Bu yaxınlarda Milli Məclisdə Hesablama Palatasının hesabatını dinləyəndə bu məsələyə mütləq toxunacağıq”.

Vahid Əhmədov qeyd edib ki, jurnalistlər üçün tikilən üçüncü binadakı mənzillərin paylanılması zamanı şəffaflıq olacağını gözləyir:

“Düşünürəm ki, hər kəs baş verənlərdən özünə pay götürür. Dövlət başçısı yeni təyinatlar zamanı da öz tapşırıq və tövsiyələrini verir. Ona görə də bundan sonra hər şey şəffaf olmalıdır. Buna qədər şəffaflığı təmin etməyənlər isə qanun qarşısında cavab verməlidirlər”.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsindən azad olunub.

Prezidentin digər sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin olunub.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO