İqtisadi 23.04.2020 16:00

Bu şəxslər vergi güzəştlərindən yararlanacaqlar – RƏSMİ

Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Nicat İmanov bildirib ki, pandemiyadan bilavasitə zərər görən ictimai iaşə sektoru, sərnişindaşıma, sərgilərin, oyunların təşkili fəaliyyəti ilə məşğul olan şəxslər, turizm subyekti olan mehmanxanalar, tur agentliklər və tur operatorları, eyni zamanda Nazirlər Kabinetinin 122 nömrəli qərarı ilə fəaliyyətinə icazə verilənlərdən savayı, digər şəxslər vergi güzəştlərindən yararlana biləcəklər.

Rakus.az xəbər verir ki,  o, İctimai TV-nin efirində qonaq olan zaman vergi güzəştlərinin kimlərə və hansı sahələrə şamil olunmasından söhbət açıb və deyib ki, bir spesifik fəaliyyət sahələri, bir də bütövlükdə pandemiyadan bu və ya digər formada əziyyət çəkən sahələr var:

“Güzəştlər əsasən üç istiqamətdə edilə bilər: mənfəət vergisi, əmlak vergisi və sadələşdirilmiş vergi üzrə. Əmlak vergisindən tam azadolmaya misal olaraq deyə bilərəm ki, 1 milyonluq əmlakı olan vətəndaş 10 min manat məbləğində əmlak vergisi verməlidirsə, bu vergi məbləğinə 2020-ci il üçün tam həcmdə güzəşt ediləcək. Bununla sahibkar tam fəaliyyət göstərmədiyi halda dövrə vəsaitinə qənaət etmiş olacaq. Həm fiziki, həm də hüquqi şəxslər üçün əldə etdikləri mənfəət və gəlirə münasibətdə 75% həcmində vergi güzəşti nəzərdə tutulur. Məsələn, bu şəxslər əldə etdikləri gəlirdən xərclərini çıxan zaman qalan mənfəətdən 20% həcmində vergi verməli idi. Ancaq qanunvericilik aktı qəbul ediləcəyi təqdirdə artıq 5% gəlir vergisi vermiş olacaq.

1 yanvar tarixindən müddətsiz olaraq bütün mikrosahibkarlıq subyektləri 75% mənfəət vergisindən azad edilib. Bu subyektlər həm də bütün əmlak vergisindən də azad edilib”.

N. İmanovun sözlərinə görə, sahibkarlar güzəştlərdən yararlanmaq üçün mütləq olaraq vergi orqanının saytına daxil olmaqla VÖEN məlumatlarını qeyd etməlidirlər:

“Bu zaman ödədiyi vergilər sistem tərəfindən avtomatik olaraq hesablanır. Vergi ödəyiciləri aktiv olmalıdır. Həmin sahibkarlar həmçinin, muzdlu işçilərinə görə də kompensasiya əldə etmək üçün müraciət etməlidir. Bütün hüquqi şəxslər, fərdi sahibkarlar, pandemiyadan zərər görmüş fəaliyyət sahələrinə aiddirsə, onlar işçilərinə görə də kompensasiya əldə edirlər. Onların bu kateqoriyaya aid olub-olmaması sistem tərəfindən müəyyən olunur. Yəni, qeydiyyatdan keçən zaman sistem icazə verdiyi təqdirdə bu kateqoriyaya aid olduqlarını biləcəklər”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO