İqtisadi 17.04.2019 14:29

Bakıda muasir tullantı sistemi yaradılacaq

Bakıda 21-ci əsrin muasir tullantı idarəetməsi sistemini yaradılacaq.

Rakus.az xəbər verir ki, bunu Böyük Britaniya “Mott MacDonald” şirkəti rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri Martin Saymon keçirdiyi mətbuat konfransında deyib.

M.Saymon bildirib ki, 2018-ci ildə tullantı idarəetməsi xidmətlərinin qiymətləndirilməsi üçün təmsil etdiyi şirkət Bakıya dəvət edilib: “Məqsəd tərəfimizdən potensial təkmilləşdirilmə metodları təklif edərək tullantı idarəedilməsi sisteminin yüksək inkişafı üçün lazım olan məlumat bazasını əldə etməyə kömək edəcək pilot araşdırmalar layihəini hazırlamaq idi. Şirkətimiz tullantı və tullantıların yenidən emalını araşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə 2-ci dəfə əməkdaşlıq etməyə razılıq verib. Bu araşdırmalarin nəticələri Bakı şəhərində tətbiq olunaraq 21-ci əsrin muasir tullantı idarəetməsi sistemi yaradılacaq”.

Şirkət rəsmisinin sözlərinə görə, Bakıda hər il təxminən 1,5 milyon ton tullantı yaranır. Bu rəqəmlər Bakı şəhəri genişlənib infişaf etdikcə daha da artacaqdır: “Bizim ilkin araşdırmalarımız onu göstərdi ki, Bakıda tullantı menecmenti sistemini təkmilləşdirmək vacibdir ki, bu, böyüyən və inkişaf edən şəhəri muasir ximətlərlə təmin etsin, həm ətraf mühitə, həm də iqtisadi inkişafa müsbət təsir göstərsin. Turizm sahəsində inkişaf edən, müxtəlif beynəlxalq tədbirlər keçirən, Ağ Şəhər kimi innovativ layihələrə imza atan bir şəhər kimi Bakıda yüksək səviyyəli tullantı idarəedilməsi sistemi əldə etmək zəruriyyəti yaradır. Bakı Şəhər İcra Hakimiyyəti sakinlər üçün tullantıların yığılması, çeşidlənməsi və idarəedilməsi sisteminin təkmilləşdirilməsində məqsədlidir və bizim “Mott MacDonald” şirkəti olaraq rolumuz bu hədəfin əldə edilməsində dəstək olmaqdır.

M.Saymon qeyd edib ki, Bakıda yeni tullantı yığılması sistemləri tətbiq ediləcək: “Bu, böyük miqdarda tullantıların poliqondan kənarlaşdırılmasına kömək edəcək. Son bir neçə ay ərzində nəzərə çarpacaq dərəcədə inkişaf əldə edilib, yeni konteynerlər əldə edilib və sakinlərin bildirdiyinə görə, bu, əvvəlki konteynerlərə nisbətən daha böyükdür. Mən hazırladığımız pilot layihələrin uğurla tərbiqinə inanıram. Ümid edirəm ki, Bakı sakinləri də şüşə, kağız, karton tullantılarını, plastik və dəmir içki qablarını çeşidləyib emal oluna bilən tullantılar üçün gətirilmiş yeni konteynerlərə ataraq Bakı Şəhər İcra Hakimiyyətinə kömək olacaqlar. Biz 20-30 faizlik tullantı diversiyası əldə etməyi hədəf tutmuşuq. Bu layihə uğurla nəticələnəcəyi halda ətraf mühit üçün böyük müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, reqiondakı digər şəhərlər üçün də gələcəkdə başlanğıc nöqtəsi olacaq”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO