Hərbi 27.04.2020 14:00

Dünya üzrə hərbi xərclər – STATİSTİKA

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni məlumatlarına görə, 2019-cu ildə qlobal hərbi xərclər 1,917 trilyon ABŞ dollarına qədər artıb.

Rakus.az xəbər verir ki, dünyanın hərbi xərcləri 2018-ci illə müqayisədə 3,6% artıb və bu, 2010-cu ildən bu yana ən böyük illik artımdır.

ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı dünyada ən böyük hərbi xərcləri olan ölkələrin “ilk beşliy”inə daxil olub. Onlar payına qlobal hərbi xərclərin 62%-i düşür. İlk dəfə iki Asiya ölkəsi ən böyük hərbi xərclərə görə TOP-3 üzvü olub.

2019-cu ildə dünyanın hərbi xərcləri qlobal ümumi daxili məhsulun (ÜDM) 2,2%-ni və ya adambaşına 249 ABŞ dolları təşkil edib.

“2019-cu ildə qlobal hərbi xərclər 2010-cu illə müqayisədə 7,2% artıb. Bu, son illərdə hərbi xərclərin sürətlə artması tendensiyasını nümayiş etdirir. Bu, 2008-ci ilin qlobal maliyyə böhranından bəri ən yüksək xərcləmə səviyyəsi idi və güman ki, hərbi xərclərin pik nöqtəsini əks etdirir”, – SIPRI Silahlar və Hərbi Xərclər Proqramının elmi əməkdaşı Nan Tyan deyib.

Dünya hərbi xərclərinin artımı ABŞ-da hərbi xərclərin artması ilə əlaqədar olub. Belə ki, 2019-cu ildə ABŞ-ın hərbi xərcləri 5,3% artaraq 732 milyard dollara çatıb. Bu, qlobal göstəricinin 38%-ni təşkil edir.

2019-cu ildə Çinin hərbi xərcləri 2018-ci illə müqayisədə 5,1% artaraq 261 milyard ABŞ dollarına çatıb. Hindistan isə hərbi xərclərini 6,8% artıraraq 71,1 milyard ABŞ dollarına çatdırıb. Rusiyanın hərbi xərcləri 4,5% artaraq 65,1 milyard ABŞ dolları təşkil edib. Bu, ölkə üzrə ÜDM-in 3,9%-i deməkdir.

Avropada hərbi xərclərin ən böyük artımı Almaniyada olub. 2019-cu ildə Almaniyanın hərbi xərcləri 10% artaraq 49,3 milyard ABŞ dolları təşkil edib. Bu həm də 2019-cu ildə dünyada ən yüksək hərbi xərcləri olan 15 ölkə arasında xərclərdəki ən böyük artım olub.

“Almaniyada hərbi xərclərin artması qismən NATO üzvü olan bir çox ölkə ilə bölüşülən Rusiya tərəfdən təhdid hissinin artması ilə əlaqədardır. Bununla belə, Fransa və Böyük Britaniyanın hərbi xərcləri nisbətən sabit qalıb”, – SIPRI-nin elmi əməkdaşı Dieqo Lopes da Silva bildirib.

Əvvəlki qlobal iqtisadi böhranların nəticələri onu söyləməyə əsas verir ki, COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi böhran gələcəkdə hərbi xərclərin səviyyəsinə də təsir göstərəcək.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO