Hərbi 29.04.2020 11:31

Nazirlik ərzaq bazalarına giriş və çıxış məhdudlaşdırdı

“Koronavirusla qlobal miqyasda mübarizə aparılır. Pandemiyanın Azərbaycanda yayılmasının qarşısını almaq baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamları müstəsna əhəmiyyətlidir. Bu sərəncamların tələbləri müvafiq olaraq Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə orduda da icra olunmağa başladı. Müdafiə nazirinin göstərişi ilə ərzaq bazalarına giriş və çıxış məhdudlaşdırıldı. İndi bu məsələləri karantin rejiminin tələblərinə uyğun olaraq daha ciddi nəzarətdə saxlayırıq”. 

Rakus.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin xidmət rəisi polkovnik Eldəniz Yəhyayev hərbi qulluqçuların qida rasionu, təminatı, o cümlədən ərzaqların saxlanması şəraiti ilə bağlı deyib.

O söyləyib ki, hərbi hissələrə daxil olan bütün hərbi avtomobillər, həmçinin təminedici şirkətlərin yük avtomobilləri dezinfeksiya edildikdən sonra anbarlara buraxılır: “Eləcə də anbarlara daxil olan hər bir şəxsin temperaturu ölçülür, onlara əlcək və maska verilir. Həmçinin hərbi qulluqçuların ictimaiyyət arasına tez-tez çıxmaması, yoluxma hallarının qarşısının alınması məqsədi ilə bir sıra digər zəruri addımlar atılır. Bununla əlaqədar ərzaq məhsullarının natura halında verilməsi prosesi genişləndirilib. Bakı qarnizonunda xidmət edən hərbi qulluqçulara ərzaq payı natura şəklində verilir ki, bu da onların istər özlərinin, istərsə də ailə üzvlərinin virusa yoluxma ehtimalını kifayət qədər azaldır”.

E.Yəhyayev bildirib ki, ərzaq məhsullarının paylanması prosesində gigiyenaya və təmizliyə xüsusi diqqət yetirilir: “Təminedici şirkətlərdən xüsusi vasitələr əldə edilərək qablaşdırma prosesi steril şəraitdə aparılır. Hazırda qida rasionunda əsas təminatda nəzərdə tutulan mal ətindən əlavə, toyuq əti, ət konservi, müxtəlif növ okean və dəniz balıqları var. Çoxçeşidliliyə diqqət yetirməklə yanaşı, ərzağın istifadə intensivliyinə də diqqət edirik ki, bu da tərəvəz məhsullarının verilməsi zamanı həyata keçirilir. Biz Nazirlər Kabinetinin müvafiq qərarında öz əksini tapan əvəzetmə normalarına uyğun olaraq bəzi az istifadə olunan tərəvəz məhsullarını müvafiq mütənasiblik gözlənilməklə daha çox işlədilən ərzaqlarla əvəzləmişik. Onu da bildirim ki, ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsidir ki, anbarlarımızda uzun müddət ordumuzu ərzaqla təmin edəcək ehtiyatımız var”.

Xidmət rəisi hazırda əsgərlərin gündəlik qida rasionunda dəyişikliklərdən də danışıb: “Bildiyiniz kimi, immuniteti zəif olan insanlar koronavirus infeksiyasına daha tez yoluxurlar. Müdafiə nazirinin xüsusi göstərişinə əsasən, vitaminləşdirmə gücləndirilir, rasiona C vitamini ilə zəngin olan meyvə və tərəvəzlər daxil edilir. Təzə alma, sarımsaq, soğan, kələm və çuğundurdan istifadəyə xüsusi diqqət edirik. Nahar və şam yeməklərində təzə tərəvəzlərdən hazırlanmış salatlar da verilir. Sonda vətəndaşlarımıza müraciət edərək bütün şəxsi heyət adından demək istəyirəm ki, biz onlar üçün Vətənin keşiyində dayanmışıq. Onlar da bizim üçün sağlamlıqlarının keşiyində dayansınlar”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO