Mədəni 29.04.2020 23:39

Müğənnilər 2 ayda nə ilə məşğul olublar? – SORĞU - FOTO

İki aya yaxındır koronavirus infeksiyasının qarşısının alınması məqsədilə karantin rejimi tətbiq edilib. Hər kəs kimi şou-biznes nümayəndələri də evdə qal qaydasına əməl edir. Bəs görəsən, bu müddət ərzində məşhur simalar nə ilə məşğul olub? 

Rakus.az xəbər verir ki, Axşam.az sorğu edərək sənətçilərə “Karantinin sizə xeyri və ziyanı nə oldu? 2 ay ərzində nələr edə bildiniz?” sualını ünvanlayıb.

Müğənni Roza Zərgərli bildirib ki, karantin günlərində təkcə maddi ziyan görüb:

“Bəzi məqamlarda mənə xeyri oldu. Ailə üçün lazım olan amillərdə müsbət təsirini gördüm. Evimdə çox vaxt keçirdim, bir-birimizi daha yaxşı tanıyıb, söhbət etdik. Ətrafımızı yaxşı tanıdıq. Bir də belə durum olmasın. Amma məncə, bir çox ailələrin birliyinə səbəb oldu”.

Müğənni Sevda Yahyayeva isə 2 ayda həyatında, düşüncələrində çox dəyişikliklər olduğunu etiraf edib:

“Bu karantin mənim üçün böyük bir dərs, imtahan oldu. Ziyanı o oldu ki, işlərimdən, dostlarımdan, ətrafımdan ayrı düşdüm. Həyatın, yaşamağın sağlamlığı nə qədər dəyərli olduğunu dərk etdim. Oxumadığım kitabları oxudum, baxmadığım filmlərə baxdım. İnanıram ki, hər şey əvvəlki halına qayıdacaq, bu bəla yer üzündən yox olub gedəcək”.

Müğənni Zamiq Hüseynov isə vaxtını ailəsi ilə keçirdiyini söyləyib:

“Karantin elan olunan gündən bütün qaydalara tabe oluram. Hər kəs kimi vaxtımı ailəmlə birgə evdə keçirirəm. Hər gün evdən paylaşımlar edirəm, hamını “evdə qal” a çağırıram! Demək olar, idman həyatımın ayrılmaz bir parçasıdır. Həyatımız bir evə sığar əslində. O ki qaldı sənət yenilikləri və toylara…  Heç bir işim və ya aprel üçün danışılan toylardan imtina olunmayib. Sadəcə, təxirə düşən məclislər məlum məsələ ilə bağlı digər aylara salınıb. Aylardır bütün dünya bu epidemiyadan əziyyət çəkir. Xoşagəlməz vəziyyət hamımızın gözləmədiyi halda tüğyan etdi. Bu səbəbdən də hər sahədə çalışan insanların istər maddi, istərsə də mənəvi həyatına necə desək, zərbəsini yetirdi. İnsanlar var ki, daha çox gündəlik qazanc üçün çalışırlar. Təbii ki, indiki durum daha çox onlara mənfi təsir göstərdi. Bu arzuolunmaz idi! Hər şeydən öncə çox istərdim ki, bugün hamımız bir olaq, həmrəy olaq. İcazə verməyək ki, koronavirus həyatımıza bu qədər yaxın gələ bilsin. Bizə psixoloji təsir belə göstərməsinə yol verməyək. Bir-birimizə dəstək olaq, yardımlaşaq, bölüşək. Gigiyenik qaydalara riayət edək. Şəxsi təmizliyimiz öz  sağlamlığımız üçün ən vacib məqamlardan biridir. Bunu da unutmayaq. Bacardığımız qədər evdə qalaq. Bəlkə bütün bunlara tabe olsaq, bu qorxunc xəstəliyə də qalib gələ bilərik! Karantin elan olunan gündən bağ evində yaşayıram. Çalışıram ki, maksimum hər kəsdən uzaq qalım. Gün ərzində sağlam qidama və idmanıma yer ayırıram. Maraqlı verilişlər izləyirəm, özümü motivasiya xarakterli bilgilərə yönəldirəm. Ara-sıra bağımda kiçik işlərlə də məşğul oluram. Təbii ki, musiqidən ayrı qala bilmərəm. Hər kəs bilir ki, izləyicilərim üçün dəfələrlə İnstaqramda canlı konsert də etdim. Məni sevənlərə səslənirəm ki, siz də özünüzü qoruyun. Qidanıza, idmanınıza fikir verin. Bir qədər məsafəli davranın”.

Müğənni Gülay Zeynallı isə karantinin onun üçün ən böyük xeyrinin mətbəxdə çox vaxt keçirməsi olduğunu söyləyib:

“Başlayan gündən evdəyəm, rejimlərə, qanunlara uyuram. Qızım onlayn dərslər edirdi, mən də ev işləri görürəm. Karantin hər kəsə mehriban, bir yerdə olmağı, sevdiklərinin dəyərini bilməyi öyrətdi. Ən əsası isə karantin mənə yaxşı boş-düş öyrətdi. Dadlı şirniyyatlar bişirməyi öyrəndim. Bir də kitablar oxudum”.

Müğənni Ceyhun Əliyev isə karantinin ziyanlarından danışıb:

“Siz soruşun ki, bu 2 ayda nə öyrənmədiz? Karantinin ziyanı bütün cəmiyyətə durğunluq gətirdi. Heç kimə xeyri olmadı. 2 ay ərzində yaradıcılığımda yaxşı yeniliklər etdim. Ən əsası isə yeni bir mahnı gəlir, hit olacağına inanıram”.

Müğənni günay İbrahimli isə karantin günlərini evdə keçirməkdən zövq aldığını bildirib:

“Karantin günlərində mən də evdə qaldım. Vacib hal olmadıqca evdən çıxmıram. Ev ab-havasını çox sevirəm. Bu günlərdə ailəmlə, dostlarımla çox vaxt keçirdim. Ev işləri ilə məşğul oldum. Mənə görə bundan böyük xeyir ola bilməz. Karantinin mənə vurduğu ziyana gəldikdə isə… Bu, ancaq çəkimlə bağlıdır, çox yeyirəm”.

 

Müğənni Elvin Abdullayev isə bildirib ki, bu günə kimi yarımçıq qalan bütün işlərini tamamlayıb:

“İki yeni mahnı aranjiman etdirdim. Çoxdandır görmədiyim qohumlarımı gördüm. Ehtiyacı olan bir neçə insana yardım etdim. Karantindən sonra da yardım davam edəcək. Həyatımı səliqəyə salmağa başladım. Evdə özümə aid olan artıq əşyaları səliqəyə saldım, uşaqlarımla yaxşı vaxt keçirdim. Bağ evimdə iş yarımçıq qalmışdı, onu yenidən başladım”.

Müğənni Ayan Babakişiyeva karantin günlərindəheç darıxmadığını deyib:

“Həyatımızda bu dəqiqə Covid19-dan başqa heç nə yoxdur. Bu müddət ərzində onu anladım ki, evə çox bağlıyam. Qeyri-adi bir iş görmədim. Əlimdən gələn köməkliyi etdim. Ailənin də nə qədər dəyərli olduğunu bir daha gördüm. Onlarla xoşbəxt həyata davam etmək istəyirəm”.

Müğənni Murad Arif isə uşaqları ilə daha çox vaxt keçirdiyni bildirib:

“Bağa köçdüm, təbiət içində vaxt keçirdim. Daha çox kitab oxudum. Mənfi tərəfi odur ki, kökəldim”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO