Mətbuat 02.05.2020 11:26

Vüqar Səfərliyə qarşı cinayət işi açılır?

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) audit yoxlamalarına başlanılıb.

Rakus.az xəbər verir ki, BakuPost-un əldə etdiyi məlumata görə, yoxlamalar əsasən, jurnalistlər üçün tikilən binalarla bağlı aparılır. Buna görə də, audit yoxlamalarına binanı inşa edən “Portos İnşaat” da cəlb edilib.

Məlumatda bildirilir ki, KİVDF-nin keçmiş rəhbərliyi lazımi sənədləri “qaydaya” salmaq məqsədilə jurnalistlər üçün tikilən binalarda çalışmış insanlardan, xüsusən inşaat mühəndislərindən yardım istəyib.

Məlumatlı şəxslər audit yoxlamalarının ciddi yeyinti izinə düşdüyünü bildirirlər. Təxminlər doğrulsa, “Portos İnşaat”, “Jurnalist Evi” MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vüqar Səfərli barədə cinayət işinin açılması qaçılmaz olacaq.

Sayt audit yoxlamaları ilə bağlı məlumatı dəqiqləşdirmək üçün “Jurnalist Evi” MMC-nin direktoru Bünyamin İsmayılovla əlaqə saxlayıb. B.İsmayılov yoxlamaların aparıldığını təkzib etməyib:

“Bu barədə çox az məlumatım var. Mən də elə sizin kimi eşitmişəm. Dəqiq heç nə bilmədiyim üçün yanlış informasiya verə bilərəm.

Mən jurnalistlərin binasındakı ofisdə oturmuşam, söhbət isə Mətbuat prospektində baş verənlərdən gedir (KİVDF-nin ofisi Mətbuat prospektində yerləşir – red.). Bütün günüm burada keçir, yaşımla əlaqədar ofisdən çıxa bilmirəm. 25 gündür ofisdə yaşayıram, evimə belə getmirəm.

KİVDF-yə təzə gələnlərdən də bircə Vüqar Səfərlinin yerinə təyin olunmuş Əhməd müəllimi tanıyıram. Başqa heç nə bilmirəm”.

Bir müddət öncə mətbuatda yeni icraçı direktor Əhməd İsmayılovun KİVDF-də təhvil-təslim apararkən ciddi çatışmazlıqlar, qanun pozuntuları aşkarladığı yazılmışdı.

Yazıda qeyd olunurdu ki, yeni direktor qurumun əvvəlki komandada yer alan əksər işçilərini, o cümlədən “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayevi və fondun tərkibində olan tikinti şöbəsinin beş əməkdaşını işdən uzaqlaşdırıb.

Xatırladaq ki, V.Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO