ABŞ-ın “Los Angeles Galaxy” futbol klubunun rəhbərliyi COVID-19 pandemiyası ilə mübarizəyə diqqət çəkmək üçün maraqlı aksiya keçirib.
Rakus.az xəbər verir ki, rəhbərlik bir vaxtlar klubun formasını geyən məşhur ingiltərəli yarımmüdafiəçi Devid Bekhemin Los-Anceles şəhərində ucaldılmış abidəsinə maska taxıblar.
“Əla, David Bekhem”, – klubun “Instagram” səhifəsində yerləşdirilən fotoya şərhdə belə yazılıb.
Maskanın üzərində “Los Angeles Galaxy” klubunun loqosunun təsviri var.
Bildirilir ki, aksiya insanların COVID-19 pandemiyası zamanı təhlükəsizlik tədbirlərindən istifadə etmələrini təşviq etmək üçün düşünülüb.