Siyasi 18.04.2019 09:57

Pakistandakı səfir nazirlə görüşdü

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın federal təhsil və peşəkar təlim üzrə, eyni zamanda milli tarix və ədəbi irs üzrə federal naziri Şəfqət Mahmud ilə görüşüb.

Rakus.az xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın bölüşdüyü ortaq dəyərlər, təlim-təhsil, eləcə də milli irs sahəsində əməkdaşlığı, beynəlxalq və regional təşkilatlar çərçivəsində hər zaman bir-birinə göstərdiyi dəstək vurğulanıb, qarşılıqlı birgə layihələrin və səfərlərin artırılmasının önəmi qeyd edilib. Şəfqət Mahmud vaxtı ilə Azərbaycana etdiyi səfəri xatırladaraq ölkənin sürətlə irəliyə doğru addımlamasını vurğulayıb, Azərbaycanla dostluq və qardaşlıq əlaqələrinin daha da inkişafının, iki ölkə arasında mövcud olan etimadın davam etdirilməsinin önəmli olduğunu bildirib.

Səfir Əli Əlizadə müasir Azərbaycanın artıq 30 ildən artıqdır ki, Ermənistanın təcavüzkar siyasəti ilə üzləşdiyini, Dağlıq Qarabağ və ətraf regionlarının işğal olunduğunu, lakin qarşılaşdığı bu təcavüz və çətinliklərə baxmayaraq bütün sahələr üzrə inkişaf etdiyini, Azərbaycanda təhsilin səviyyəsinin ilbəil yüksəldiyini, savadlılığın 99 faiz olduğunu diqqətə çatdırıb. Səfir Bakı Dövlət Universitetində urdu dilinin tədrisi, universitetlərarası əlaqələr, son iki ildə “Mən Azərbaycan haqqında nə bilirəm” esse yazı müsabiqəsi çərçivəsində Pakistan gəncləri üçün təşkil olunan Azərbaycana səyahət səfərlərinin gənclərdə yaratdığı təəssüratlar, Azərbaycanda təhsil alan Pakistanlı tələbələrin sayının artması, eyni zamanda Azərbaycandan da artıq tələbələrin Pakistan Universitetlərində təhsil almaqda maraqlı olması, tələbə və mütəxəssislərin ali təhsil və təlim müəssisələrində vaxtaşırı qarşılıqlı təcrubə kurslarına cəlb olunması haqda məlumat verib və Pakistanla əlaqələrdə bu sahədə səylərin daha da artırılacağını vurğulayıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO