Canlı konsert üçün qonorar tələb edirlər
Dünyada yayılan koronavirusa görə bütün konsertlər təxirə salınıb. Buna görə də məşhurlar arasında evdən sosial şəbəkələr vasitəsilə canlı konsert vermək dəbi ortaya çıxıb.
Canlı yayıma qoşulmaq üçün ən çox məbləği Teoman istəyir. O, bunun üçün 200 min lirə (təxminən 48 min manat) tələb edir.
Funda Arar 150 min lirə (təxminən 36 min manat)
Hande Yener 100 min lirə (təxminən 24 min manat)
Nil Karaibrahimgil 120 min lirə (təxminən 28 min manat)
Murat Dalkılıç 100 min lirə
Berkay 60 min (təxminən 14 min manat), Deniz Seki 50 min lirə (təxminən 12 min manat)
Sertab Erener 90 min (təxminən 21 min manat), Can Bonomo 45 min lirə (təxminən 10 min manat)
Kutsi 40 min, Derya Uluğ 45 min, Merve Özbey 35 min lirə.
Təkcə müğənnilər yox, aktyorlar, yumor ustaları da bundan pul qazanmağa çalışır. Bülent Şakrak və Ceyda Düvencinin sosial şəbəkədə canlı yayımda söhbət etməsi 55 min lirədir.
Kaan Sekbana İnstaqramda “talkshow” etdirmək istəyirsinizsə, 25 min lirə (təxminən 6 min manat) ödəməlisiniz. Ece Vahapoğlunun yoqa seansı ise 8 min lirədir.