Mətbuat 07.05.2020 14:38

MTRŞ son qərarları ilə bağlı bəyanat yaydı

Milli Televiziya və Radio Şurası (MTRŞ) son qərarları ilə bağlı bəyanat yayıb.

Rakus.az xəbər verir ki, bəyanatda deyilir:

“Milli Televiziya və Radio Şurası tərəfindən televiziya kanallarının efirinin məhdudlaşdırılması praktikası vətəndaşlarda, o cümlədən, media nümayəndələrində müəyyən haqlı suallar doğurur. Bununla bağlı, Milli Televiziya və Radio Şurası ölkə ictimaiyyətinə aşağıdakıları bildirməyi vacib sayır:

Yayımçıların efirinin məhdudlaşdırılması praktikası bütün dünyada geniş tətbiq olunur. Belə məhdudlaşdırıcı tədbir Azərbaycan Respublikasının Qanunvericiliyində də (“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsi) öz əksini tapmışdır ki, bu da, Milli Televiziya və Radio Şurasına “Televiziya və radio yayımı haqqında” Qanunun tələblərinin pozulması hallarında televiziya və radio kanalların fəaliyyətini 1 ayadək müddətə məhdudlaşdırmağa (dayandırmağa) əsas verir.

Milli Televiziya və Radio Şurasında yayımçılar tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarının siyahısı hazırlanmışdır. Hər bir qanun pozuntusuna görə müəyyən sanksiya nəzərdə tutulmuşdur ki, bu ya efirin 1, 3, 6 saat müddətə dayandırılması, yaxud qanunvericiliyə əsasən cərimə sanksiyalarıdır.

Son zamanlar yayımçılar tərəfindən törədilən çoxsaylı qanun pozuntuları, əsasən texniki xarakterdə olub teleradio yayımçılarının bu tədbirlərə hazırsızlıqları ilə əlaqədardır. Milli Televiziya və Radio Şurası ümid edir ki, may ayının sonlarına doğru belə qanun pozuntularının sayı azalacaq və ümumilikdə ölkənin teleradio məkanının təkmilləşdirilməsinə xidmət edəcəkdir.

Milli Televiziya və Radio Şurası bəyan edir ki, tənzimləyici orqan olaraq bütün yayımçılara bərabər və tərəfsiz münasibət bəsləyərək mövcud qanunvericiliyin tələblərinə əməl olunması təmin edilməlidir. Şuranın bu mövqeyi həm teleradio yayımçılarının, həm də milyonlarla tamaşaçının marağına xidmət edir”.

Xatırladaq ki, MTRŞ-nin mayın 6-da iclası keçirilib. İclasda 1-3 may 2020-ci il tarixlərində ümumrespublika televiziya kanallarının efirinin monitorinqinin nəticələrinə baxılıb və bir telekanalın məhkəməyə verilməsi, ikisinin yayımının isə bir saatlıq dayandırılması ilə bağlı qərar qəbul edilib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO