Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşaldılması planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, “Bakı Metropoliteni”nin fəaliyyəti bu gün səhər saat 06:00-dan etibarən bərpa edilib.
Rakus.az xəbər verir ki, metropoliten pandemiya dövründə fəaliyyətini operativ qərargahın tələb və qaydalarına, o cümlədən, “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirir.
Xatırladaq ki, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədi ilə “Bakı Metropoliteni”ndə qatarların hərəkəti 31 mart 2020-ci il, saat 22:00-dan dayandırılmışdı. (Oxu.az)