İdman 11.05.2020 12:34

“Beynəlxalq təhsil kuboku” başa çatdı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş şahmat üzrə onlayn “Beynəlxalq təhsil kuboku” başa çatıb.

Rakus.az xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzindən (RİM) verilən məlumata görə, Təhsil Nazirliyinin, Milli Məclisin Gənclər və İdman komitəsinin, Azərbaycan Şahmat Federasiyanın dəstəyi, “Təhsil” RİM-in təşkilatçılığı ilə www.chess.com internet portalı üzərindən keçirilmiş beynəlxalq yarış 17 yaşadək şahmatçılar arasında təşkil olunub.

Turnirin keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılmasından ibarət idi.

Dünyanın 43 ölkəsindən 209 şahmatçının qatıldığı yarış gərgin idman mübarizəsi şəraitində keçib. Turnir “İdman Azərbaycan” kanalında və YouTube üzərindən canlı olaraq yayımlanıb. Şahmatçılar rəqiblərin əlavə vasitələrdən istifadə risklərinin aradan qaldırılması məqsədilə oyunlarını 2 kamera qarşısında keçiriblər və rəqiblər bir-birini görmək imkanı əldə edib.

Turnirdə oğlanlar arasında ən yüksək nəticə qazanan Hindistan şahmatçısı Arjun Eriqaisi qalib olub. Özbəkistan təmsilçisi Nodirbek Abusattarov və hindistanlı Raunak Sadvani ikinci və üçüncü yerlərə layiq görülüblər.

Güclü rəqibləri qarşısında əzmkar mübarizə aparan Azərbaycan şahmatçıları mükafatçılar sırasına düşməyi bacarıblar. Belə ki, şahmatçımız Xəzər Babazadə 4-cü, Vüqar Manafov isə 5-ci olub. Təmsilçilərimizdən Əhməd Əhmədzadə ümumi hesabda 8-ci, Aydın Süleymanlı isə 12-ci yeri tutub.

Sevindirici haldır ki, qızlar arasında ilk iki yerin sahibi Azərbaycan şahmatçıları olublar. Belə ki, Mələk İsmayıl və Gövhər Beydullayeva eyni xal və əmsalla 1-2-ci yerləri bölüşüblər. Üçüncü yerə isə Qazaxıstan şahmatçısı Assel Lezbekova layiq görülüb.

On iki yaşadək şahmatçılar arasında ən yaxşı nəticəni ukraynalı Tixon Çerniyayev göstərib və bu nominasiyanın qalibi olub. Azərbaycanlı şahmatçı Rüstəm Rüstəmov ikinci, ukraynalı İhor Samunenkov üçüncü yeri tutub.

Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplomları və pul mükafatları ilə mükafatlandırılacaqlar.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO