“Karantinə baxmadı, evində iftar süfrəsi açdı…” - VİDEO
Müğənni Manaf Ağayev ölkədə koronavirus infeksiyasına görə tətbiq edilən karantin qaydalarını pozub.
On beşdən çox insanın yer aldığı qonaqlıqda Əməkdar artistlər Teymur Əmrah, Vasif Məhərrəmli, kikboksçu Eduard Məmmədov və başqaları yer alıblar. Bu qədər insanın bir araya yığılması isə Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən açıqlanan karantin qaydalarına ziddir.
M.Ağayev qonaqlıqdan görüntünü “İnstaqram” səhifəsində paylaşıb. İfaçının qaydaları pozması sosial şəbəkədə müzakirələrə səbəb olub.
Rəsmi qurumlar vətəndaşlara sosial məsafə saxlamaqla, çox insanın bir yerə toplaşmaması ilə bağlı çağırışlar edib. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayından öncə bəyanat yayaraq, vətəndaşları karantin rejimi ilə əlaqədar olaraq, iftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırmışdı.
Xatırladaq ki, hazırda işdən küçəyə çıxmaqla bağlı icazə arayışı olmayan şəxslər yaınız məcbur qaldıqları halda 3 saatlıq icazə ilə çölə çıxa bilərlər.