İdman 17.05.2020 09:34

“Borussiya Dortmund” böyük hesabla qalib gəldi

Ötən gün iki aylıq fasilədən sonra futbol üzrə Almaniya çempionatının 26-cı turuna start verilib.

Rakus.az xəbər verir ki, turun mərkəzi qarşılaşması “Signal İduna Park” stadionunda baş tutub.

“Borussiya Dortmund” öz meydanında “Şalke” komandasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0. Dortmund təmsilçisinin heyətində Erlinq Haaland, Torqan Hazard və Rafael Querreiro (2) fərqləniblər.

Turun 17:30-da başlayan oyunlarında “Volfsburq” səfərdə “Auqsburq”u (1:2), “Herta” isə “Hoffenhaym”ı (0:3) məğlub edib. “Leyptsiq” – “Frayburq” (1:1), “Fortuna Düsseldorf” – “Padeborn” (0:0) oyunlarında isə qalib müəyyənləşməyib.

Turun birinci oyun gününün son oyunu saat 20:30-da “Ayntraxt Frankfurt” və “Borussiya Mönhenqladbax” komandaları arasında baş tutacaq.

Mayın 17-də “Köln” komandası “Maynts”ı, “Bavariya” isə “Union Berlin”i qəbul edəcək. Tura mayın 18-də keçiriləcək “Verder” – “Bayer Leverkuzen” oyunu ilə yekun vurulacaq.

Xəbər verdiyimiz kimi, Almaniya Futbol Federasiyası klubların rəhbərliyi və assosiasiya nümayəndələri ilə keçirdiyi videokonfransda bir sıra qərarlar qəbul edib.

Birinci və ikinci divizionlarda keçirilən oyunlarda beş əvəzetmə olacaq. Bu qərar iki ay fasilədən sonra futbolçuların zədələnməsi riskini azaltmağa imkan yaradacaq.

Həmçinin iclasda mövsümün tamamlanmaması qərara alınarsa və mövsüm yenidən dayandırılarsa, turnir cədvəlindəki yerlərin bölüşdürülməsi barədə qərar iki həftə ərzində veriləcək. Bundan əlavə, lazım gələrsə komandalar digər stadionlarda oyun keçirə bilərlər.

Qarşılaşmalarda meydan və tribunalarda olmaqla, 322-dən çox şəxs iştirak edə bilməyəcək. Komandaların stadiona gəlişi ciddi nəzarətə götürüləcək. Futbolçular meydana girərkən məsafəyə ciddi əməl etməlidirlər. Oyundan əvvəl kollektivin fotoşəkil çəkdirməsi və əlsıxması ləğv olunub. Mövsümün sonunadək bütün görüşlər azarkeşsiz keçiriləcək.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO