İqtisadi 19.04.2019 10:16

Hacıqabulda avtobus istehsal olunacaq

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rakus.az xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. İkitərəfli əlaqələrdə xalqlarımızın ortaq dinə, adət-ənənələrə malik olması da əhəmiyyətli rol oynayır. Son 5 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub.

İqtisadiyyat naziri bildirib ki, Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib, İran Azərbaycana 3,4 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu uğurla fəaliyyət göstərir. 2018-ci ildə zavodda 1000-dən çox avtomobil, bu ilin birinci rübündə isə 360 avtomobil istehsal edilib və satılıb. Görüşdə, həmçinin Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun inşa ediləcəyi diqqətə çatdırılıb. Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulacaq.

Qarşılıqlı ticarət sahəsində əlaqələrin genişləndiyini qeyd edən Şahin Mustafayev ötən il ticarət dövriyyəsinin 74% artdığını diqqətə çatdırıb. Bu ildə də ticarət dövriyyəsində artım tendensiyası davam edir. Belə ki, 2019-cu ilin ilk 2 ayında ticarət dövriyyəsi 4,5 dəfə artıb. Bununla belə, ticarət əməkdaşlığının daha da genişləndirilməsi, strukturunun şaxələndirilməsi üçün geniş imkanlar var.

 

Görüşdə Şahin Mustafayev enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, yükdaşımalar, ticarət, su təsərrüfatı, humanitar, turizm və s. sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb.

İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə aparılan müzakirələrin ikitərəfli əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacağını vurğulayıb. Reza Rəhmani son illərdə Azərbaycan-İran əlaqələrinin daha da inkişaf edərək yüksək səviyyəyə çatdığını, hər iki ölkənin prezidentlərinin İran-Azərbaycan əlaqələrinin inkişafına böyük önəm verdiklərini, qarşılıqlı yüksək siyasi münasibətlərin iqtisadi tərəfdaşlığın genişlənməsinə əlverişli şərait yaratdığını, iqtisadi-ticarət əməkdaşlığın dərinləşdiyini vurğulayıb. İranlı nazir qeyd edib ki, ölkəsində sahibkarlar üçün əlverişli şərait yaradılıb və Azərbaycan iş adamları bu imkanlardan yararlana bilərlər.

Görüşdə sənaye, kənd təsərrüfatı, ticarət, kiçik və orta sahibkarlıq və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinəbirgə layihələrə dair müzakirələr aparılıb.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO