Mədəni 21.05.2020 18:13

“Dəbdəbəli gecələrin qlamur geyimləri…” - FOTO

Bir zamanlar alt geyimi kimi tanınan bodi son günlər ən səs-küylü fotosessiyaların atributuna, dəbdəbəli gecələrin qlamur geyiminə çevrilib. Rakus.az xəbər verir ki, bodi XX əsrin əvvəllərində Fransada əsrəyə gətirilib. Burada isə bodi ilk dəfə gimnast Jülem Leotardın qarderobunda yer alıb və onun şərəfinə “bodi” adlandırılıb. Ancaq həmin vaxt bodi yalnız idman geyimi kimi dəyərləndirilirdi.

Daha sonra ilk dəfə 1950-ci ildə Kleyr Makkardell bodini öz kolleksiyasında təqdim edib. Geyim kimi ilk dəfə onu istifadən edə isə amerikalı model Betti Peyc olub. Həmin ərəfədə bodini yalnız “Playboy” qadınlar və yumor ustaları geyinirdi.

1980-ci illərdə isə amerikalı dizayner Donna Karan bodini gündəlik geyim tərzinə çevirməyi bacardı. Həmin gündən ondan fitneslə məşğul olan məşhur qadınlar istifadə etməyə başladılar. Bir müddət sonra isə bodi idman geyimi sırasından çıxıb, böyük səhnələrə gəldi.

Axşam.az xəbər verir ki, Beyons, Rihanna, Cennifer Lopes, Britni Spirs kimi dünya ulduzlarında görməyə alışdığımız bodi hazırda yerli şou-biznes nümayəndələrinin də qarderobuna daxil olub. Onların konsertlərdə ən çox müzakirə olunan geyimləri, fotosessiyalarında ən çox danışılan amil məhz bodi olur.

Xalq artisti Aygün Kazımova bəlkə də şou aləmində bodidə sevənlərinin qarşısına çıxan ilk məşhur olub. Onun bu tərzdə dəfələrlə fotosessiyaları, konsertləri baş tutub.

Xalq artisti Röya Ayxan da konsertlərində bodi tərzli geyimlərə çox üstünlük verib. Hətta müğənninin son fotosessiyasında bodidən istifadə etməsi başına bəla olub. Belə ki, sənətçinin fotosessiyası plagiat adlandırılıb.

Müğənni Səidə Sultan da ötən il bodidə etdirdiyi fotosessiyasını yayımlayaraq, Röyanın onu təkrarladığını iddia edib.

Müğənni Günay İbrahimli isə 2013-cü ildə “Yaşıl Teatr”da verdiyi konsertdə bodidə tamaşaçıların qarşısına çıxmışdı. Həmin ərəfədə sənətçinin ifasından çox geyimi müzakirələrə səbəb olmuşdu.

Müğənni Nura Suri dəfələrlə bodidə fotosessiyalar etdirib. Sənətçi cəsarətli geyimlərlə tamaşaçı qarşısına ən çox çıxan ifaçılardandır.

Müğənni Səmra Rəhimli də demək olar ki, bütün çıxışlarında və fotosessiyalarında bodidə görünür. Tamaşaçı onu fərqli bir obrazda görməyib, elə buna görə də ifaçı artıq izləyiciləri təəccübləndirə bilmir.

Müğənni Dilarə Kazımova da hər dəfə bodi geyinərək, tamaşaçıları təəccübləndirməyə çalışır.

Müğənni Nigar Camal bodidə klip çəkdirən, fotosessiya etdirən və konsertlərcdə səhnəyə çıxan məşhurlar sırasındadır.

Müğənni Rəqsanə İsmayılova sonuncu fotosessiyasında bodi ilə obyektiv qarşısına keçib. İfaçının şəkilləri bodiyə görə yox, fotoşopdan hədsiz istifadəyə görə müzakirələrə səbəb olmuşdu.

Bəs görəsən, illərdir bodidə fotosessiyalar, səhnə çıxışları ölkəmizdə də dəb halını alsa da, niyə tənqid edilir, qəbul olunmur? Müğənnilər nə üçün səs-küy yaratmaq üçün bodidən istifadə edir? Və ya stilistlər “fotosessiya” deyəndə, ilk bodi tərzə müraciət edirlər?

Axşam.az bunla bağlı stilist Elnur Həsənovdan açıqlama alıb. Elnur bodili fotosessiyalardan, tənqidlərdən danışıb. O bildirib ki, dünya ulduzlarının bodidə çıxışlarını alqışlayır, yerli ifaçıları isə top-tüfəngə tuturlar:

“Yəqin biz hələ də alışmamışıq… Başqasında görəndə daha çox bəyənirik. Özümüz edəndə isə səs-küyə səbəb olur. Xarici ulduzlarda görəndə “nə gözəldir” deyib, alqışlayırıq. Bizimkiləri isə qınayır, tənqid edirik. Neçə bodi ilə olan fotosessiyalar var ki, stilistika baxımında uyğunsuzluq yoxdur. Sadəcə, kimə necə yaraşır başqa mövzudur. Biz özümüzdə hər şeyi normal qəbul etmirik.

Biz stilistlər müğənniyə bodidə fotosessiya təklif edirik. Qəbul edən edir, etməyən etmir. Kimsə stilist kimi məndən fikir soruşanda, təklif edirəm. Heç kimə zorla bodi geyindirmirik. Zamanla statistikaya nəzər yetirsək, bodini müğənnilərimiz 10-15 il bundan əvvəldən geyinirlər. Röya 2010-cu ildə, Günay 2013-cü ildə konsertində istifadə edib. Bodi gündəm olmamalıdır. Bütün dünya ulduzları bundan istifadə edir.

Getdikcə hər şey ucuzlaşır, əvvəl daha normal qəbul edilirdi. Sosial şəbəkədə dırnaqarası, qeyri-peşəkar xəbər səhifələri məsələləri qabardırlar. Ona görə də müzakirələr, tənqidlər çoxalır.

Son vaxtlar müğənni Minanın bodidə fotosessiyasını bəyənmədim. Estetik cəhətdən vulqar idi, yaxşı görünmədi. Bodi geyinəndə də göz oxşamalısan”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO