Siyasi 24.05.2020 19:25

Baş nazirin təbriki riyakarlıqdır – XİN

“Ermənistanda yaşayan yüz minlərlə müsəlman əhalini əzəli torpaqlarından məcburi sürgün edən, Azərbaycanın torpaqlarını işğal edib bu ərazidəki azərbaycanlı əhalini etnik təmizləməyə məruz qoyan, müsəlman mülki əhaliyə qarşı Xocalı qətliamı kimi insanlıq əleyhinə cinayətlər törədən, işğal etdiyi torpaqlardakı İslam dini abidələrini, ibadət yerlərini talan və təhqir edən bir ölkənin rəhbərinin müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin rəhbərlərinə təbrik ünvanlaması təcavüzkar Ermənistanın rəhbərinin İslam dininə qarşı nümayiş etdirdiyi riyakarlığın ən yüksək səviyyəsidir”.

Rakus.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə bəzi müsəlman ölkələrinin rəhbərlərinə təbrik ünvanlamasını şərh edərkən deyib.

“Ermənistan baş naziri həqiqətən də İslam dininə və dəyərlərinə hörmət nümayiş etdirsəydi, ilk növbədə fundamental hüquqları pozulmuş, öz evlərindən didərgin salınmış yüz minlərlə müsəlman azərbaycanlının haqqlarının bərpa olunması istiqamətində addım atardı. Nikol Paşinyanın nümayiş etdirdiyi təxribatçı fəaliyyəti isə onun bu yanaşmadan tam uzaq olduğunu göstərir.

Ermənistan baş nazirinin təbrik ünvanladığı ölkələrin hər il, ardıcıl olaraq İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə qəbul etdiyi qətnamələri işğalçı ölkəyə xatırladırıq. Ermənistan rəhbərliyi İslam dünyası və müsəlman əhalisinə sözdə hörmətini, saxta müraciətləri ilə deyil, elə həmin müsəlman ölkələrin qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirməklə nümayiş etdirməlidir”, – o bildirib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO