Maraqlı 17.06.2020 20:20

Bunları bilirsinizmi?

Düzgün bədən quruluşuna sahib olmaq hər kəsin istəyidir.

Rakus.az xəbər verir ki, maddələr mübadiləsini sürətləndirən və ehtiva etdiyi zülal və yağ mübadiləsinə kömək olaraq əzələ yaradan 10 qida bunlardır:

Yumurta – səhər yeməyində yumurtaya yer verən insanların gün boyu daha az kalori aldığı və 65 faiz daha çox çəkidən azad olduqları müşahidə edilib. Yumurta ana südü kimi keyfiyyətli zülal ehtiva edir və ondakı yağlar iştahı azaldır.

Fındıq – 12 həftə ərzində hər gün təxminən 2 yemək qaşığı (30 qram) fındıq yeyənlər arasında aparılan araşdırma sübut edib ki, onların pəhriz keyfiyyəti yüksəkdir. Yeyilən fındığın bədən kütlə indeksinə hər hansı bir mənfi təsiri yoxdur. Üstəlik, onların daha az karbohidrat yedikləri və xəstəliklərə qarşı daha dayanıqlı olduqları təsdiqlənib.

Qatıq – möcüzəvi zülal qaynağıdır. Tərkibindəki zəngin kalsium sayəsində daha uzun və keyfiyyətli həyat təmin edir. Kalsium çəki azalmasına kömək edən mineraldır. Daim qatıq yeyənlərin aşağı bədən kütlə indeksinə sahib olmaları, daha incə bel və daha az bədən yağına malik olduqları sübut olunub.

Qurupaxlalılar – yüksək zülal, lif, B qrupu vitaminləri, dəmir, kalsium, sink və maqnezium kimi minerallar ehtiva edən qidadır. Çəki azaltmağa kömək olur, xolesterolu və qan təzyiqini azaldır.

Qara şokolad – daim müəyyən miqdarda tünd şokolad yeyən insanların arıq olduğu bir faktdır. Çünki müəyyən miqdarda yeyilən tünd şokolad stress hormonu olan kortizol səviyyəsini aşağı salır, xüsusilə qarın bölgəsində yağlanmanın qarşısının alır.

Zəncəfil – antioksidant tərkibi yüksək olan zəncəfil kökü iltihab və həzm sistemində yaranan problemlərin aradan qaldırılmasına kömək olur. Həmçinin immunitet sistemini gücləndirir. Bundan başqa, yeməkdən sonra içilən isti zəncəfil doyma hissi yaradır. Zəncəfil bədəndəki yağları yandırır, maddələr mübadiləsini sürətləndirir.

Badam – daha az aclıq hiss etdirən və arıqlamağa kömək edən sağlam qidadır. İdmandan əvvəl yeyilən badam yağ yandırılmasını sürətləndirir. Tərkibində yüksək miqdarda lif və zülal vardır. Bu da əzələ istehsalına kömək olur və amin turşusu tərkibi sayəsində əzələlərdə zülal sintezini təmin edir.

Yaşıl çay – bədəndəki yağın yandırılmasını və maddələr mübadiləsini sürətləndirir, piylənmə ilə mübarizə aparır. Eyni zamanda, yaşıl çayda olan kafein iştahı azaldır. Xüsusilə, qarın bölgəsində olan yağların yandırılmasına təsirlidir. Həzmi asanlaşdırır. Sağlam insanlar gün ərzində 2 fincan yaşıl çay içə bilərlər.

Avokado – ürək sağlamlığında olduqca əhəmiyyətli olan avokado təkli ideal lif qaynağıdır. Avokado kalium ehtiva edir ki, bu da köpü azaldır. Salatlara əlavə edilən təzə avokado A vitaminin qatılığını artırır. Gündəlik pəhrizlərdə yarım təzə avokado yeyən insanlar gün ərzində özlərini daha gümrah hiss edirlər.

Qreypfrut – yeməklərdən əvvəl yeyilən yarım qreypfrut çəkinin artmasına mane olur. Yeməkdən sonra yüksələn insulin səviyyəsini azaldır. Beləliklə də, çəki azalmasına mane olan insulin müqavimətinin qarşısını alır. Ancaq qreypfrut bəzi xolesterol dərmanları ilə qarşılıqlı təsirə malikdir. Ona görə də qreypfrut yeməzdən əvvəl həkimlə məsləhətləşin.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO