Mədəni 17.06.2020 19:13

“Qızıma hamilə olmağım möcüzə idi…”

“Çox çalışdım anam sağalsın. Əvvəl soyuqdəymə, sonra böyrəyinin biri çürüdü. Sonra bədxassəli şiş əmələ gəldi. Digər böyrək imtina etdi. Əlimdən gələni etdim. Şiş o qədər böyüdü ki, böyrəyi cırdı çıxdı. Su yığıldı, bədənə zəhərlənmə verdi. Bir böyrək çıxarıldı və dializə bağlandı. Çətin günlər başladı, bədən qəbul etmədi”.

Rakus.az xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva “Space” telekanalında “Təmiz söhbət” verilişində deyib.

Sənətçi dünyasını dəyişən anasından bəhs edib: “Donor axtardım və tapdım. Anama böyrək köçürüldü və dünyasını dəyişdi. Ölənə kimi deyəcəm, kaş etməzdim, anam yaşayardı. Anam çətin günlər yaşayıb. Mənə görə ikinci dəfə ailə qurmadı. Çünki anama elçi gələn şəxslər məni istəmirdilər. Anam cavan vaxtı kasıbçılıqdan, maddi vəziyyətimiz düzələndə isə xəstlikdən əziyyət çəkdi”.

Səhhətindən danışan Sevda övladlarından söz açıb: “Oğlumdan sonra həkimlər demişdi ki, ikinci uşağın olmayacaq. Qızıma hamilə olmağım bir möcüzə idi”.

Müğənni boşanma səbəbini açıqlayıb. O bildirib ki, ikinci ailəsinin dağılmasına qısqanclıq səbəb olub: “Birinci ailə qurmağım səhv idi. Ailə qurmaq üçün razılaşdım. Nə pis, nə əla insandır. Mənə pisliyi dəyməyib. Ondan övladım var. Tez ailə qurub, 1 ay sonra ayrıldıq. İkinci ailə qurmağım isə sağlam qərar deyildi. Anam xəstəxanada olan ərəfədə onla tanış oldum. Anam dünyasını dəyişdi, bu adam hər gün yanımda idi. O qədər yazırdı, məni tək qoymadı ki… Pis günlər keçirirdim, o da mənə diqqət, sevgi verirdi, rahatlıq tapırdım. Ən səhv qərarım idi, amma peşman deyiləm. Çünki qızım var. Qarşı tərəf çox qısqanc, idi. Xasiyyətin çətinliyi, dəhşətli qısqanclıqlar ayrılığa səbəb oldu. Dörd il ailəmi qorumaq üçün əlimdən gələni etdim. Amma gördüm ki, ailəm dağılmasa, canım əldən gedəcək”.

Üçüncü dəfə ailə qurması ilə bağlı suala sənətçi “O qədər çətin qərar olar ki… Hər qadın istəyər ailəsi olsun. Qızım balacadır, oğlum böyüyür. Ona görə narahatam. Oğlumun sevgisini itirməkdən qorxaram” cavabını verib.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO