Maraqlı 20.03.2019 10:33

BÜRCLƏR- 20 mart

Qoç – bu gün bütün diqqəti intellektual fəaliyyətə yönəldin. Ciddi və dərin fikirlər gün ərzində yarana biləcək çətinliklərdən yaxa qurtarmağa imkan verə bilər.

Təhtəlşüura, hissiyyata güvənə bilərsiniz. Əmin olun ki, gerçəkliyi xəyallarla əvəzləmir, illüziyaların qurbanı deyilsiniz.

Kiçik detallara, təfərrüatlara ciddi fikir verin. Başladığınız heç bir işə səhlənkarlıqla yaraşmayın. Tənbəllik və fikrin dağınıq olması, intizamsızlıq uğura aparan yolda keçilməz sədlərə çevrilə bilər.

Bundan başqa, bel bağladığınız insan sizə xəyanət edərək çətin vəziyyətdə qoya bilər.

Buğa – gün həyat enerjisinin artımı ilə bağlıdır. Gün ərzində usanmadan, yorulmadan çalışın, eyni vaxtda bir neçə işlə məşğul olmağa çalışın və özünüzə əminliyi itirməyin. Uğurusuzluq sizi çaşdırmasın, ruhdan salmasın.

İstənilən iş bu gün əlverişlidir.

Yaradıcılıq sahəsində çalışanlar istedad və bacarıqlarını aşkarlaya bilərlər.

Maddi məqsədlərə çatmaq üçün bütün diqqəti bir istiqamətə yönəltməyin.

Əvvəllər münaqişədə olduğunuz insanlarla ümumi dil taparaq problemləri həll etmək, ailədə və işdə fikir ayrılıqlarına son qoymaq imkanı var.

Sizdən yaşlı adamlarla münasibətlərinizə fikir verin. Bu münasibətlərdən çox şey asılıdır.

Əkizlər – əməkdaşlıq üçün əlverişli gündür. Nüfuzlu şəxslər arasında müttəfiqlər aramayın. Sizinlə yeni səviyyədə və durumda olan insanların yardımları daha effektiv olacaq. Yeni layihələrdə ilham verən adam və liderlə yanaşı, tələbkar, xırdalıqlara diqqət verən rəhbər olmağa çalışın.

Yalnız belə olan halda uğura bel bağlaya bilərsiniz.

Şəxsi münasibətlər baxıimından uğurlu gün deyil. Münaqişələr ehtimalı çoxdur.

Ailədə və işdə fikir müxtəliflikləri, mübahisələr ola bilər.

Xərçəng – izafi ümidlər və xəyallara qapılmasanız, gün sakit keçəcək, pis olmayacaq. Müsbət təmayüllərin təsiri çox deyil: onlara əsaslanaraq planlar qurmayın.

Sənədlərlə iş yaxşı alınacaq, hesablarda yanlışlıqlara yol verməyəcəksiniz.

Yaxın ətrafınızdakı insanlarla dil tapmaq isə asan olmayacaq. Dünənki müttəfiqlər yetərincə aqressivdir və nələr baş verdiyini anlaya bilmirsiniz.

Evdə kiçik problemlər ola bilər. Onların heç biri ciddi münaqişə üçün səbəb olmasa da, kefiniz pozulacaq.

Şir – gun uğurlu alınacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün zəhmət çəkmək gərək olsa da, qəm yeməyin. Həmin məqsədlər zəhmətə dəyər. Üstəlik, yardım və dəstək ala biləcəyiniz insanları bu gün tapa biləcəksiniz.

Köhnə dostlar yada düşəcək.

Bu gün romantik münasibətlərə başlamağa dəyməz. Tanışlıqlara da bel bağlamayın.

Həmin münasibət və tanışlıqlar yalnız ilk baxışdan dəyərli, diqqətəlayiq təsir bağışlayır. Halbuki əslində belə deyil.

Hər şeyə rəğmən, vaxtı səmərəli keçirmək olar.

Qız – gün işgüzar sahədə yaxşılığa doğru dəyişikliklərlə bağlıdır.

Birlikdə işləməyin asan və xoş olduğu yeni tərəfdaşlar gəlir, özünüzü daha əmin hiss edirsiniz.

Gəlirlərin artması mümkündür. Üstəlik, sizi nüfuzlu insanlar dəstəkləməyə başlayırlar.

Beləcə, gün ən müxtəlif işlərə başlamaq üçün əlverişlidir.

Şəxsi münasibətlərdə harmoniya hökm sürür. Bu gün yaxın adamlarınızla maraqlanın, onların qayğısına qalın. Onları sevindirmək üçün səylərinizi əsirgəməyin.

Tərəzi – yeni işlərdə və layihələrdə uğurlar əldə edə bilərsiniz. Fəqət, zəruri və məntiqi ehtiyatı unutmayın.

Gün ərzində bütün işləriniz yaxşı alınmayacaq.

Hansısa cəsarətli planı reallaşdırmaq fikrində olduğunuz insanlarla fikir müxtəlifliyi yarana bilər.

Lider mövqeyindən müvəqqəti imtina edin, kölgəyə çəkilin.

Şəxsi həyatınızda çoxsaylı problemlər yaranacaq. Həmin problemlərin əksəriyyəti ikinci dərəcəli işləri əsas məsələdən ayıra bilməməyinizlə bağlıdır.

Məhz bu səbəbdən də xırda işlərə görə mübahisələr yaranır.

Məişətdəki anlaşılmazlıq isə ciddi münaqişə yarada bilər.

Əqrəb – gün maliyyə işlərinizdəki çətinliklərlə bağlıdır. Pul olacaq, amma onların məbləği siz istəyən, planlaşdırdığınız səviyyədə deyil.

Saatlar keçəcək, işləriniz tədricən qaydaya düşməyə başlayacaq.

Həmkarlarınız və iş yoldaşlarınızın adi paxıllığa əsaslanan tənqidlərinə fikir verməyərək cari məsələlərin həllinə fikir versəniz, gün yetərincə məhsuldar alınacaq.

Yaxın adamlarınızla münasibətlərdə səbrli olun. Emosiyalarınız ciddi münaqişələr yarada bilər. Ailədəki bəzi işlərin həlli ciddi məsrəflər tələb edəcək.

Oxatan – gün ərzində gözlənilməz gəlir, qiymətli hədiyyə ola bilər.

Sahibkarlıq və bizneslə məşğul olursunuzsa, hüquqi məsələlərdə, əmlak problemlərinin həllində irəliləyişə nail olacasqınız. Prinsipial baxımdan yeni işlərə, cəsarətli layihələrə başlamayın. Öhdəsindən gələcəyiniz, avtomatik işləməyi və təxəyyülü işə salmağı tələb etməyən əməklə məşğul olun.

Günün ikinci yarısında isə əvvəllər fikir vermədiyiniz insanla qarşılaşacaq, ona diqqət yetirməyə başlayacaqsınız. Önəm vermədiyiniz münasibətlər qəflətən ciddi önəm kəsb edəcək.

Oğlaq – qətiyyət, inam və inadkarlıq bu günün ilk yarısında maneələri dəf etməyinizi şərtləndirəcək. Ən mürəkkəb vəziyyətdə xoş əhval-ruhiyyəni qorumaqla yanaşı, yaxın ətrafınızdakı insanların bədbinləşməsinə, nikbinliyin son zərrələrini itirmələrinə imkan verməyin.

Çətin günü parlaq boyalarla rəngləyin. Yaxın dostlarınız və tanışlarınızın problemləri ilə maraqlanın.

Mübahisə edənləri barışdırmalı, başqalarının işlərinə müdaxilə etməli olacasqınız. Buna rəğmən kobudluq və birmənalı açıqlamalara yol verməyin.

Dolça – bu günü uğurlu adlandırmaq çətindir, amma hər şey o qədər pis də deyil. Əvvəl başladığınız işləri tələsmədən başa vurun. Yeni planları reallaşdırmaqla bağlı problemləriniz olmayacaq.

Danışıqlar məhsuldar keçəcək. Tərəfdaşlığın sərfəli şərtlərinə nail olmaqla yanaşı, çalışacağınız insanlarda özünüzlə bağlı müsbət təəssürat yaradacaqsınız.

Özəl həyatda isə işlər o qədər də yaxşı deyil. Ancaq şikayətlənməyin. Xoş sürprizlər, gözlənilməz görüşlər mümkündür.

Axşam saatları romantik görüş üçün əlverişlidir.

Balıqlar – gün gözləntilərinizin tam tərsinə, çətin keçir.

Yaranan şəraitə, müşahidə etdiyiniz situasiyaya azacıq uyğunlaşmağa səy göstərin və hər şeyin sürətlə dəyişməyə başladığını görəcəksiniz.

Özünüzə etibarlı yardımçı, tərəfdaş, müttəfiq hesab etdiyiniz insanlar sizi darda qoyacaqlar.

Düşmənlər və bədxahlar isə güman etdiyinizdən də pis olacaqlar.

Amma bütün çətinliklərə rəğmən, ruhdan düşməyin. Hətta ətrafdakılar sizi yelbeyinlik və məsuliyyətsizliyə görə tənqid etsələr də, onlarla zarafatla cavab verin.

Sadəcə, sevdiyiniz insanın iradı qəlbinizi ağır yaralaya bilər. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO