Siyasi 19.06.2020 17:11

Deputatlar yenilikləri dəstəklədi

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında parlamentdə həyata keçirilən islahatlar və yeniliklər deputatlar tərəfindən təqdir edilib.

Rakus.az xəbər verir ki, iclasda çıxış edən deputat Arzu Nağıyev Milli Məclisin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, bu sahədə atılan addımların əhəmiyyətini qeyd edərək iyun ayında spiker Sahibə Qafarovanın təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə videokonfrans formatında görüş keçirildiyini xatırladıb. A.Nağıyev bu videokonfransın beynəlxalq fəaliyyətin daha səmərəli həyata keçirilməsi və nümayəndə heyətləri arasında işlərin daha yaxşı qurulması üçün hərtərəfli fikir mübadiləsinin aparılması ilə yadda qaldığını söyləyib.

Milli Məclisdə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının görüşlərini də təqdir edən Arzu Nağıyev vurğulayıb ki, Milli Məclisin ölkədaxili işlərlə bərabər, beynəlxalq əməkdaşlıq istiqamətində də atdığı bu addımlar böyük əhəmiyyət kəsb edir və təqdirəlayiqdir.

Milli Məclisin deputatı Aydın Hüseynov isə Milli Məclisin iclaslarında tətbiq edilən digər yeniliyi vurğulayıb. O, qeyd edib ki, komitə üzvlərinin də qanun layihələrinin təqdimatında iştirak etməsi çox müsbət haldır. Bu, həm qanunu təqdim edən komitə üzvlərinin fəallığının təşviq olunmasına xidmət edir, həm də deputatların daha geniş auditoriya tərəfindən tanınmasına imkan verir.

Milli Məclisin deputatı Razi Nurullayev də çıxışında altıncı çağırış Milli Məclisin fəaliyyətində yeniliklərdən  bəhs edib. O, Milli Məclis iclaslarının aparılması, bütün deputatlara öz sözlərini demək üçün şərait yaradılması, parlamentin ictimai nüfuzunun artırılması istiqamətində görülən işlərə görə Milli Məclis sədrinə minnətdarlıq edib. (Modern.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO