Rakus.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan general-leytenant R.Tahirov ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, ərzaq və əşya anbarı, qazanxana, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.
Bildirilib ki, yeni hərbi hissədə yaradılan şərait HHQ-nin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək və döyüş növbətçiliyinin daha da keyfiyyətli aparılmasını təmin edəcək.