Hərbi 25.06.2020 13:48

Ramil Usubov Azərbaycan Ordusundan danışdı

“Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin vaxtında orduda həm peşəkarlığın artırılması, həm müasir silahlarla təchizat, həm də sosial problemlərin həlli sahəsində çox ciddi işlər görülüb”.

Rakus.az xəbər verir ki, bunu Prezident yanında Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov bildirib.

O deyib ki, müstəqilliyin ilk illərində Azərbaycan Ordusunda vəziyyət heç də ürəkaçan olmayıb: “Təəssüflə qeyd etməliyəm ki, ordumuz, Silahlı Qüvvələrimiz həm kifayət qədər silah təchizatında geri qalırdı, həmçinin orduda nizam-intizam, orduda peşəkarlıq, vahid rəhbərlik faktiki olaraq çox aşağı səviyyədə idi. Bu da düşmənə qarşı mübarizədə öz mənfi təsirini göstərirdi”.

Təhlükəsizlik Şurasının katibi deyib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Ermənistan ordusuna zərbələr vurulmağa başladı: “Azərbaycan Ordusunun formalaşması suverenlik dövrümüzdə məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ordu Heydər Əliyevin rəhbərliyi ilə formalaşmağa başladı və qısa müddət ərzində Azərbaycan Ordusunda, Silahlı Qüvvələrdə köklü dəyişikliklər getməyə başladı, nizam-intizam yüksəldi, milli vətənpərvərlik hissi artdı, düşmənə müqavimət gücləndi və 1994-cü ilin ilk aylarında Azərbaycan Ordusu Ermənistan Ordusuna zərbələr vurmağa başladı, onların hücumunun qarşısı alındı”.

R.Usubov həmçinin Silah Qüvvələr Günü münasibətilə veteranları təbrik edib: “Veteranlarımızı bu bayram günündə təbrik edirəm. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların böyük xidmətləri var. Vətən yolunda, vətənin azadlığı yolunda şəhid olan insanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO