Müsahibə 22.04.2019 14:00

ONUN RUHUNUN GÖZƏLLİYİNİ GÖYƏRÇİNLƏR DƏ SEVİR - FOTO

İnsanın cəmiyyətdə dəyəri şəxsiyyəti və peşəkarlığı ilə ölçülür. Çünki şəxsiyyət səmimi, təvazökar, insanpərvər, alicənab olur. Peşəkarlıq isə onun cəmiyyətə verdiyi faydadır. Bu yüksək keyfiyyətləri özündə cəmləşdirən gözəl bir insan bu gün 41 yaşını qeyd edir. Dünyaya gəldiyi günü həm də hesabat anı hesab etdiyimizdən onun haqqında dost fikrimi bildirmək istəyirəm.

ANASININ VƏ EL-OBANIN UĞUR BÖCƏYİ

Rasim Hacı oğlu Həsənov. Lap körpəlikdən anasının deyimi ilə desək, UĞUR BÖCƏYİ adı ilə çağrılan, uşaqlıqdan utancaq, öz içində gələcəyinin cizgisini müəyyənləşdirən, orta məktəb illərində yavaş-yavaş dəcəlləşən, ali məktəb dövründə təşkilatçılıq keyfiyyətlərini biruzə verən, iş fəaliyyətinə başladığı dövrdə kollektivdə nüfuz qazanan və bu gün uşaqlıq, yeniyetməlik, gənclik, və orta yaş dövründə qazandığı SEVGİ KÖYNƏYİNƏ bürünən, daim nümunə çəkiləcək bir Allah bəndəsi. Hələ gənclik dövründə rəhmətlik atası HACI kişinin İslam dininə verdiyi dəyəri mənimsəyən, evdə qılınan namazın, oxunan duaların təsiri təbii ki, Rasim əfəndidən yan keçə bilməzdi. Məhz, o, bəlli yaş dövründə dini biliklərini artıraraq ATA yoluna sadiq qalıb müqəddəs Məkkə-Mədinə yoluna düşdü, arzusunu gerçəkləşdirərk ziyarətini başa vurub HƏCC tituluna nail oldu.

Onu da demək yerinə düşər ki, bu gün aramızda davranışı, yüksək mədəniyyəti, dostcanlığı ilə seçilməsi, dürüstlüyü ilə təqdirolunan, yalançılığa qarşı sərt mübarizə aparması məhz ailədən gələn dəyərdir. Həzrət Əli deyib: “Heç bir əməl yalan qədər çirkin deyil”.

   BÖYÜK ÜRƏK, YAXŞI ƏMƏL SAHİBİ

Onun nə qədər böyük ürək sahibi olmasından, xeyriyyəçilik keyfiyyətindən söz açmamaq mümükün deyil. El-obanın, sinif yoldaşlarının, qohum-qardaş-qonşuların, ümumiyyətlə, özünün real həyatda gördüyü imkansız insanların, eləcə də onun BÖYÜK ÜRƏK sahibi olmasını eşidərək müraciət edənlərin hamısına daim əl uzatmaq onun həyat fəaliyyətinin əsas prinsipidir. Çünki, o, rus yazıçısı Fyodor Dostoyevskini oxuyub. Dostayevski deyirdi: “Pul səadət gətirməz, amma xoşbəxtliyin qurulması üçün gərəklidir”, “Necə yaşayırsan yaşa, yenə də peşman öləcəksən. Ya elədiklərinə, ya da eləmədiklərinə görə”. Ona görə də bu adam var-dövlətin həyatda amal olmadığını, “əl çirki” dediyimiz pulun insanların xoşbəxtliyi üçün xərclənməsinin mənəviyyat dünyasının zənginləşməsinə necə yaxşı təsir göstərdiyini bilərək, nəcib addımlarına gələcəkdə də davam edərək və buna nail olduqca, insanların gözlərində nur-işıq gördükcə həzz və zövq alır.

Təbii ki, belə bir xeyirxah-zəhmətkeş azərbaycanlının gələcəyə baxışı həmişə pozitiv olur. İkinci Dünya müharibəsində Böyük Britaniyanın Baş naziri olmuş Uinstan Çörçilin sözləri ilə desək, “Pozitiv olanlar imkanlar, neqativ insanlar əngəllər axtarır”. Bəli, kökü, əsli qədim Göyçə mahalının Ardanış kəndindən olan bu şəxsin pozitivliyi həqiqətən də onun dost-tanışlarına, bütün yoldaşlarına öz müsbət təsirini, pozitivliyini göstərir.

Məhz bunun nəticəsidir ki, Rasim müəllim yüksək insanı dəyərləri ilə onu tanıyanlar arasında böyük hörmət qazanıb. Səmimi dost, mehriban sirdaş, böyüyə və kiçiyə qayğı ilə yanaşan övlad, imkansıza dayaq olan insan kimi onu tanıyanların qəlbində nüfuz sahibidir. Peşəkarlığı isə onun bu yüksək insanı keyfiyyətlərinin həyata keçirilməsinə imkan yaradır. Günki işgüzarlığı, bacarığı, qabiliyyəti və dünyagüşü sayəsində işini yetərli səviyyədə qurmağı bacaran Rasim əfəndinin daim irəliləmək, işini genişləndirmək və cəmiyyətimizə verəcəyi faydasını artırmaq barədə düşünür.

    FUTBOL FANATI VƏ AŞİQİ

Uşaqlıqdan idmana böyük maraq göstərən və “Bulduzer” ləqəbi ilə ətrafına geniş kütlə toplayan Rasim Həsənovun ömrünün bu çağında yaxşı futbol fanatı olmaqla yanaşı, həm də yaxşı futbol oynamaq bacarığına sahibdir. Hələ yeniyetmə çağlarında doğulub boya-başa çatdığı Gədəbəy rayonun İvanovka kəndində komanda yığaraq yarışlara qatılması onun bu idman növünə marağının təməlində dayanır. Bu gün Ardanış Futbol Məktəbinin ən dəyərli, nümunəvi oyunçusu səviyyəsini özündə ehtiva edən 41 yaşlı FUTBOL AŞİQİNİN həm qapıçılıq, həm də hücumçu kimi bacarığı hər kəsi heyran edir. Komandanın yarışlara qatılması, maliyyələşdirilməsi, qazandığı bütün uğurlarda demək olar, Rasim əfəndinin böyük əməyi, zəhməti var.

      İŞGÜZARLIQ QABİLİYYƏTİ VƏ LİDERLİK KEYFİYYƏTİ

Məşhur çin filosofu Lao-tszı-nın belə bir fikri var: “İnsanın biliyi çox olanda onu idarəetmək çətin olur”. Bu kəlamdan yola çıxaraq deyə bilərəm ki, Rasim qardaşımız idarə olunan yox, idarə edəndir. Onun işğüzarlıq-biznes qabiliyyətindən, liderlik keyfiyyətindən də xüsusi danışsaq yanılmarıq. Məhz onun bu bacarıq sayəsində yüzlərlə insanın ailəsinə sevinc bəxş etməsi, övladların, uşaqların ac qalmaması üçün səyləri ən öməmli məsələlərdəndir və diqqətdən qaçmamalıdır. Bəllidir ki, müxtəlif tədbirlərin, mərasimlərin təşkili, insanlara yol göstərmək keyfiyyətinə sahib olub onu üzə çıxarıb yaşatmaq, yaradılan və özünün yartdığı biznes strukturlarının yüksək səviyyədə, müasir tələblərə uyğun idarə etmək asan məsələ deyil. Bütün bu bacarıqları özündə cəmləşdirən bu ADƏM ÖVLADININ dünyaya gəlişi təbii ki, hamı üçün yaddaqalan və sevindiricidir. Bu sevincə qoşularaq Rasim Həsənovu doğum günü münasibətilə təbrik edir, gözəl ailə başçısı, ailəcan, üç övlad sahibi olan dəyərli sirdaşa, vətəndaşa, dosta hörmət, izzət və məhəbbətlə nailiyyət dolu günlər, cansağlığı diləyirəm.

DOST ARZUSU: “İnsanlar zəif olduqları üçün ağlamazlar, uzun müddət güclü olmaq məcburiyyətində qaldıqları və sonda yorulduqları üçün ağlayarlar” müdrik kəlamını xatırladaraq deyirəm: “Heç vaxt zəif olmayasan, heç vaxt ağlamayasan, daim güclü olasan və yorulmayasan. Qoy bu gözəl dünyamızda ən yaxşı məqamlar SƏNİN olsun. Buna tam layiqsən. Çünki sənin ruhunun gözəlliyini göyərçinlər də sevir!!!

ƏSGƏR ƏLİOĞLU

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO