Konkisürmə üzrə beşqat Olimpiya çempionu İren Vyust ailə həyatı qurmağa hazırlaşır.
Rakus.az xəbər verir ki, 33 yaşlı hollandiyalı idmançı həmcinsi olan komanda yoldaşı Letisiya de Yonqla evlənir.
Bunu Vyust instaqram səhifəsi vasitəsilə elan edib. O, de Yonqdan evlilik təklifinə müsbət cavab aldığını söyləyib: “Mən xoşbəxtəm, o “hə” dedi. Biz evlənirik”.
Xatırladaq ki, Vyust Olimpiya Oyunlarında 11 medal qazanıb – 5 qızıl, 5 gümüş, 1 bürünc. 26 yaşlı de Yonq isə komanda yarışlarında dünya çempionudu. (Matc.az)