Sosial 26.06.2020 16:38

Sağlamlığımızı qorumaqla dövlətə dəstəyimizi göstərməliyik – Deputat

“Son günlər Azərbaycanda koronavirusa yoluxan şəxslərin sayının artmasına səbəb insanların karantin qaydalarına düzgün riayət etməməsi, laqeydlik və səhlənkarlıq göstərməsidir. Hökumətin karantin qaydalarını yumşaltmasından sui-istifadə edən bir çox vətəndaşlar vəziyyətin hələ də gərgin olmasını, virusun bitmədiyini nəzərə almadan məsuliyyətsiz davranmaqdadır. Vətəndaşlar anlamırlar ki, onlar təkcə özlərinin deyil, minlərlə, on minlərlə insanın sağlamlığına və həyatına təhlükə yaradırlar. Ən əsası isə bu təhlükə bütöv cəmiyyətimizi və dövlətimizi də ağır sınaqlar qarşısında qoyur. Bir vətəndaşın yoluxması sayın kəskin artmasına və dövlətin ümumi strateji planlarına ciddi təsirlər göstərir. Bu, təkcə tibbi baxımdan deyil, ümumi iqtisadi-sosial vəziyyətə ciddi təsir edən zərərlərdir”. Rakus.az xəbər verir ki,  bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

A.Hüseynov qeyd edib ki, Azərbaycan bu virusun yayılmağa başladığı ilk günlərdən təxirəsalınmaz önləyici tədbirlər görməkdədir: “Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində koronavirusun ölkəmizə yayılmasının qarşısının alınması üçün operativ qabaqlayıçı addımlar atılır. Dövlətimizin və səhiyyəmizin bütün imkanları vətəndaşların sağlamlığının qorunmasına səfərbər edilib. Cənab Prezidentin də bəyan etdiyi kimi, , bizim üçün vətəndaşının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür. Bu siyasətə uyğun olaraq ölkəmizin səhiyyə infrastruturları, o cümlədən 30-dan çox xəstəxana, “Yeni klinika”, yeni quraşdırılan 10 modul tipli səhiyyə müəssisələri koronavirus xəstələrinin müaicəsi üçün səfərbər olunur. Dövlət son aylarda pandemiya ilə mübarizəyə on milyonlarla manat vəsait yönəldib. Prezidentin Ehtiyat Fondundan tibbi avadanlıqların, ləvazimatların alınması və işi düzgün təşkil etmək üçün 100 milyon manat vəsait ayrılıbdır. Modul xəstəxanaların tikintisinə 10 milyon manat xərclənib. Bir koronavirus xəstəsinin müalicəsinə gündəlik 80-150 manat sərf edilir. Eyni zamanda, digər tibbi və sosial xərclər, həkimlərin əməkhaqqısına əlavə ödəmələrvə digər xərclərin məbləği də nəzərə alındıqda dövlətin böyük həcmdə vəsaitlər xərclədiyini görmək olar. Lakin vətəndaşlar bu cür geniş tədbirləri sanki başa düşmürlər, onların sərgilədiyi məsuliyyətsizlik sayəsində virusa yoluxma halları artır”.

Millət vəkili bildirib ki, pandemiya səbəbindən ölkə iqtisadiyyatı hər gün milyonlarla manat itirir, çünki iqtisadi fəallıq azalır, məhdudiyyətlər iş yerlərinin dayanmasına, real sektorlardan daxil olan əlavə dəyərlərin aşağı düşməsinə gətirib çıxarır: Hökumət bu çətin şəraitdə vətəndaşa maddi dəstək olur, sahibkarlara, müxtəlif sahələrdə çalışanlara və işsizlərə milyonlara manat dəstək göstərməkdədir. Maliyyə tutumu 2,5 milyard manat olan dəstək proqramları çərçivəsində bu gün dövlətin maliyyə dəstəyi davam etməkdədir. Nəzərə alsaq ki, bütün bu tədbirlər dövlətin gəlirlərinin azalması şəraitində baş verir. Məhz belə bir şəraitdə vətəndaşlar üzərinə düşən məsuliyyəti dərindən dərk etməldir. Onlar anlamalıdırlar ki, bir nəfərin sosial məsuliyyətsizliyi ümumilikdə dövlətin səhiyyə sisteminin, iqtisadi-sosial siyasətinin xeyli zəifləməsinə gətirib çıxarır, iqtisadi proqramlarını dayanıqlılığını ləngidir. İqtisadiyyatımızım zəifləməsi isə dövlətin iqtisadi və sosial proqramlarının təxirə salınmasına səbəb ola bilır. Məsələn, hökumət hər il büdcənin imkanları artan zamanı ilk növbədə bu vəsaitləri sosial sahələrə yönəldir, pensiya, maaş, təqaüdlər artırılır, sosial yardımın əhatəsi genişləndirilir. Büdcəmizin artan imkanları həm də ordumuzun maddi-texniki bazasının güclənməsi deməkdir.

Biz bu gün işğalçı Ermənistanla müharibə şəraitində yaşayırıq. İqtisadiyyatımızın inkişafı Ordumuzun inkişafı deməkdir, iqtisadi imkanların azalması Ordumuza da təsir edə bilər. Eyni zamanda, iqtisadi-maliyyə itkilərimiz digər sosial sahələrin də əlavə maliyyə ilə təminatını ləngidər. Demək bir nəfərin məsuliyyətsizliyi bütün dövlətin iqtisadi və sosial proqramlarına ziyan vura bilər. Ona görə də, hər kəs bu gün sosial məsuliyyəti daha çox başa düşməli, birlik və həmrəylik nümayiş etdirməlidir”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO