Bunları bilirsinizmi?
PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.
Rakus.az r ki, həmin faydaların nədən ibarət olduğunu təqdim edir:
1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var.
2. Qarğıdalı orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir, qocalma proseslərini ləngidir, immun sistemini gücləndirir, ürək və onkoloji xəstəliklərin profilaktikası üçün çox yaxşı vasitədir.
3. O, qanda ateroskleroza səbəb olan pis xolesterinin və şəkərin səviyyəsini aşağı salır, mübadilə proseslərini tənzimləyir.
4. Qarğıdalı B qrupu vitaminlərlə zəngindir və bu səbəbdən sinir və mədə-bağırsaq sistemləri üçün çox xeyirlidir. Lakin qarğıdalı köpə səbəb olur və bu səbəbdən onun həddən artıq çox yemək olmaz.
5. Yağlı və qizarmış qidaların mənimsənilməsini asanlaşdırır, onların orqanizmə olan mənfi təsirini azaldır. Bu səbəbdən ağır qidalardan sonra bişmiş qarğıdalı yemək yaxşıdır.
6. Qarğıdalı saçaqları da xalq təbabətində geniş istifadə olunur. O, qanda şəkərin səviyyəsini aşağı salır, sidikqovucu və ödqovucu effektinə malikdir, aterosklerozla mübarizə aparır.
7. Qarğıdalı unu isə kosmetik vasitə kimi istifadə olunur. Qarğıdalı unu qaynar su ilə qarışdırılır və ilıq vəziyyətdə üz dərisinə çəkilir. Belə maska dərini təmizləyir, ağardır, ləkələri aparır, dərinin rəngini daha yaxşı və sağlam edir. Bu maskaya limon, bal və yumurta əlavə etdikdə, maska dərinin qabıqlanması və quruluğu ilə mübarizə aparır, dərinin tonusunu artırır.
8. Qarğıdalı iştahanı azaldır və bu səbəbdən arıqlama məqsədi ilə tutulan pəhrizlər zamanı uğurla istifadə oluna bilər.