Birinci mərhələnin qalibi müəyyənləşdi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən sürətli şahmat üzrə onlayn təşkil olunan “Women’s Speed Chess Championship” Qran-pri turnirinin birinci mərhələsinin qalibi müəyyənləşib.
Rakus.az xəbər verir ki, həlledici mərhələdə Rusiya şahmatçısı Valentina Quninanı məğlub edən Anna Uşenina (Ukrayna) Qran-Prinin birinci mərhələsinin qalibi olub.
Üçüncü yer uğrunda Vayşali Rameşbabu (Hindistan) ilə mübarizə aparan Anna Kostenyuk (Rusiya) qələbə qazanıb.
Xatırladaq ki, Qran-prinin birinci mərhələsində iştirak edən Azərbaycan şahmatçısı Günay Məmmədzadə onaltıdabir finalda A.Kostenyuka məğlub olaraq mübarizəni dayandırıb. Təmsilçimiz G.Məmmədzadə Qran-prinin daha iki mərhələsində iştirak edəcək.
Qran-pri 4 mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri 3 mərhələdə iştirak edəcək. Qran-pri mərhələlərində ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də olacaq.