Ordumuz dünyanın ən güclüləri cərgəsindədir
Müstəqillliyimizin ilk illərində nizami ordu yaradılmamışdı. Ayrı-ayrı silahlı birləşmələr Azərbaycanın ərazi bütövlüyünü qoruya bilməmişlər. Ona görə də ulu öndər tərəfindən qəbul edilmiş bir çox önəmli qərarlar əsasında nizami ordunun yaradılması qərarı xüsusi yer tutur. Nizami ordunu yaratmaq üçün iqtisadi imkanlar olmalı idi. Məhz buna görə o illərdə Azərbaycanda çox ciddi iqtisadi islahatlar aparılmışdır, xarici sərmayənin cəlb edilməsi təmin edilmişdir. Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. Ölkədə aparılan siyasi və iqtisadi islahatlar vəziyyəti sabitləşdirdi və Azərbaycan bundan sonra, 1993-cü ildən sonra inkişaf və tərəqqi yolu ilə gedir.
2003-cü ildən başlayaraq bütün istiqamətlər üzrə, o cümlədən ordu quruculuğu sahəsində işlər sürətlə gedir. Ordu quruculuğu bizim üçün ən başlıca prioritet məsələdir. Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir.
Prezident İlham Əliyev öz çıxışlarında qeyd edir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır: Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. Beynəlxalq hüquq tərəfindən də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Son illər ərzində dünyanın aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı bir çox qərar və qətnamələr qəbul etmişlər. O cümlədən BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir, orada da göstərilir ki, Ermənistan Silahlı Qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Azərbaycan heç vaxt işğalla barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalıydıq və bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik.
Bu gün dünyada Azərbaycan Ordusu 50 ən güclü ordular sırasındadır. Ölkəmizin hərbi potensialının möhkəmlənməsi üçün çox böyük vəsait tələb olunur. İndi ordumuzu ən müasir silahlarla təchiz edilir. Ölkəmiz müharibə şəraitində yaşayır, torpaqlarımız işğal altındadır və belə olan halda ordu ilə bağlı bütün məsələlər bizim qarşımızda duran ən başlıca vəzifədir. Xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılır. Ölkə qarşısında duran problemlər hərtərəfli həll edilir. Prezidentin göstərişi ilə bütün hərbi hissələrin 90 faizində yenidənqurma işləri tamamlanıb və şəxsi heyyətin xidmət şəraiti yaxşılaşdırılır, zabitlərin məişət problemləri həll olunur, hərbiçilər evlə təmin edilir, onların əmək haqqları müntəzəm artırılır və fərqlənmiş hərbiçilər müküfatlandırılır. Ordumuzun maddi texniki təchizatının, əsgərlərin xidmət, zabitlərin məişət şəraitinin fasiləsiz yaxşılaşdırılması, ən müasir döyüş sursatları ilə təminatı, əskərlərin döyüş və vətənpərvərlik ruhunun daim gücləndirilməsi, xalqın orduya birmənalı güvənməsi ordumuzun şəksiz güc mənbələri kimi xarakterizə edilir.
Biz güclü iqtisadiyyat qurmuşuq, nəhəng neft-qaz layihələri icra etmişik, ordumuzu müasirləşdirmək üçün vəsaitimiz var. Biz güclü dövlətik. Ordumuzun müasir silah-sursat, texnika ilə təchizatını bundan sonra da davam etdiriləcək. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Bu da bizim böyük potensialımızdır. Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir.
Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, Azərbaycan əsgəri, zabiti qorxmaz zabit və əsgərdir, peşəkardır. Göstərdi ki, ölkəmizin güclü ordusu var və onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayıb və barışmayacaq. Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. Nəticədə 2016-cı ilə nisbətən daha böyük, bir neçə dəfə böyük ərazi nəzarətimizə keçdi, işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Bu gün biz Ermənistan ərazisindən keçən strateji yollara, kommunikasiyalara nəzarət edirik. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir.
Bir gənc olaraq qeyd etmək istərdim ki, Ali Baş Komandan cənab İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yolunda atdığı bütün addımları qətiyyətlə dəstəkləyir və yanındayıq. Münaqişəni həll etmək üçün Ali Baş Komandanın həm qətiyyətli addımlarına, həm də siyasi, iqtisadi və hərbi gücümüzə inanırıq!
Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir.
Teymur Mustafayev
İctimai fəal, gənc